Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə Türkiyə-İsrail-Azərbaycan üçbucağının yaranması mümkündür?..

Son İsrail-Fələstin müharibəsi zamanı gərginliyin son həddini yaşayan Türkiyə ilə İsrail arasında strateji əməkdaşlıq və üçtərəfli ittifaq yaratmaq doğrudanmı mümkündür və tərəflərin, xüsusən Türkiyənin geosiyasi maraqları buna nə qədər imkan verir?...

Siyasi ekspert: “Yaxın Şərqdə mövqelərin möhkəmləndirilməsi, geosiyasi mübarizədə yer alınması, o cümlədən təhlükəsizliyin təmin olunması baxımından məhz bu formata Azərbaycan-Türkiyə-İsrail hərbi İttifaqının yaradılması zərurətdir”.

“Böyük Orta Doğuya ətrafında gedən mübarizədə rəqib tərəf İran-Rusiya alyansıdır. Həmçinin Çin də ortaya yaxınlaşmaqdadır. Şübhəsiz ki, iki nəhəng dövlətin, yəni Rusiya və Çinin iştirak etdiyi alyansın qarşısında dayanmaq üçün NATO birmənalı şəkildə orada olmalıdır”.

Bu sözləri siyasi ekspert Ərəstun Oruclu Türkiyə-İsrail-Azərbaycan üçbucağının qurulmasını PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyənin Hürriyyət qəzetinin ingilis versiyasında dərc olunan məqalədə Böyük Yaxın Şərqdə Türkiyə-İsrail-Azərbaycan üçbucağının qurulması və birlikdə NATO-ya doğru addımlamaq zərurəti haqqında məqalə dərc edilib. Məqalənin müəllifi qeyd edir ki, İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi Yaxın Şərqdə Türkiyə, İsrail və Azərbaycanın strateji əməkdaşlığını meydana gətirib və bu istiqamatdə yeni addımların atılması üçün platforma mövcuddur.

Qeyd edək ki, son İsrail-Fələstin müharibəsindən sonra Türkiyə hakimiyyətinə yaxın olan bir mətbu orqanda belə bir məqalənin işıq üzü görməsi maraqla qarşılanıb. İsrail-Fələstin müharibəsi zamanı gərginliyin son həddini yaşayan Türkiyə ilə İsrail arasında strateji əməkdaşlıq və üçtərəfli ittifaq yaratmaq doğrudanmı mümkündür və tərəflərin, xüsusən Türkiyənin geosiyasi maraqları buna nə qədər imkan verir? Ümumiyyətlə regionda Türkiyə-İsrail-Azərbaycan üçbucağının yaranmasını nəzəri cəhətdən mümkündürmü və bu məqlənin Türkiyə hökümətinə çox yaxın olan Hürriyyət qəzetində nəşr olunması hansı mətləblərdən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi ekspert Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Yeni geosiyasi düzəninin qurulduğu və yeni dünya sisteminin nəzərdən keçirildiyi bir dönəmdə istənilən formatların yaradılması mümkündür”.

Azərbaycan-Türkiyə-İsrail alyansının yaradılmasını tamamilə mümkün hesab edən ekspert PİA.az-a bildirib ki, Türkiyə və İsrail arasında müəyyən ideoloji ziddiyyətlər var. Əməkdaşlıq səviyyəsinin yüksəldilməsi fonunda bu ziddiyyətlərin tamamilə aradan qalxması da mümkündür:

“Mən belə bir ittifaqın yaranmasını zərurət hesab edirəm. Təxminən 7-8 ay bundan əvvəl bu barədə Türkiyə telekanallarının birinə müsahibəmdə demişəm ki, Yaxın Şərqdə mövqelərin möhkəmləndirilməsi, geosiyasi mübarizədə yer alınması, o cümlədən təhlükəsizliyin təmin olunması baxımından məhz bu formata Azərbaycan-Türkiyə-İsrail hərbi İttifaqının yaradılması zərurətdir. Düzdür mən NATO haqqında həmin müsahibədə heç nə deməmişəm və hesab edirəm ki, Azərbaycanın NATO-ya meyllənməsi hələ tezdir. Lakin bu Türkiyə və İsraillə alyans formatında mümkündür.

Məsələ burasındadır ki, Türkiyə NATO ölkəsidir, İsrail isə NATO ilə xüsusi münasibətləri olan ölkədir. Buna görə də aydın məsələdir ki, belə bir format NATO tərəfindən dəstəklənəcək. Bunun səbəbi təkcə Türkiyənin NATO ölkəsi, İsrailin NATO-ya yaxın ölkə olması deyil. Məlumdur ki, Azərbaycan heç bir hərbi blokda təmsil olunmayıb. O cümlədən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycan təmsil olunmayıb. Ona görə də bu məsələdə Azərbaycan üçün problemli məsələlər görünmür.

Ərəstun Oruclu: “NATO birmənalı şəkildə orada olmalıdır. Bu üçbucaq yaranacağı halda onlara NATO-nun dəstəyi vacibdir”.

Böyük Yaxın Şərq ətrafında gedən mübarizədə rəqib tərəf İran-Rusiya alyansıdır. Həmçinin Çin də ortaya yaxınlaşmaqdadır. Şübhəsiz ki, iki nəhəng dövlətin, yəni Rusiya və Çinin iştirak etdiyi alyansın qarşısında dayanmaq üçün NATO birmənalı şəkildə orada olmalıdır. Bu üçbucaq yaranacağı halda onlara NATO-nun dəstəyi vacibdir.

Əvvəl də bu barədə qeyd etmişəm ki, geosiyasi düzəninə yenidən qurulduğu və yeni dünua sosteminin nəzərdən keçirilən bir dönəmdə istənilən formatların yaradılması mümkündür. O cümlədən də Azərbaycan-Türkiyə-İsrail alyansının yaradılması tamamilə mümkündür və realdır. Türkiyə və İsrail arasında müəyyən ideoloji ziddiyyətlər var. Qüds məsələsinə, Qəzza bölgəsində İsraillə Fələstində arasında baş verənlərə görə iki ölkə arasında narazılıqlar var. Bunlar da prinsipial ziddiyyətlər deyil. Əməkdaşlıq səviyyəsinin yüksəldilməsi fonunda bu ziddiyyətlərin tamamilə aradan qalxması da mümkündür. Ümid edək ki, belə bir format yaransın. Bu hər üç tərəfin geosiyasi maraqlarına tamamilə cavab verir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar