Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərq probleminə görə Türkiyəni hansı təhlükələr gözləyir?..

Türkiyə ona qarşı edilən təhdidlərə hər zamankından daha çox hazır olmalıdır...

Özcan Yeniçeri

“Yeniçağ” qəzeti, Türkiyə, 23 iyun 2020-ci il

“Böyük Yaxın Şərq Layihəsi” 22 ölkənin sərhədlərini dəyişdirməyə əsaslanır. Bu layihəyə uyğun olaraq başladılan Ərəb Baharı hərəkatı ilə hədəf ölkələrdə vətəndaş müharibəsi başladılıb və beləcə, Liviya, Yəmən, Misir, Əlcəzair, İraq, Suriya və s. ölkələr qeyri-sabit hala gətirilib.

3 hissəyə bölünərək Bərzani rəhbərliyinə verilən Şimali İraq Kürdüstanı keçən il müstəqillik referendumu keçirmişdi və Türkiyə/İraq/İranın müdaxiləsi Bərzaninin bu cəhdini uğursuz etmişdi.

Son günlərdə Türkiyənin hədəfdə olduğu 3 ciddi hadisə baş verib. Bunlardan birincisi Suriyada meydana gəldi və birbaşa olaraq Türkiyəni hədəf aldı. Bu təhlükələrdən ən birincisi ABŞ-ın da terrorçu elan etdiyi PKK da daxil olmaqla, İraqda və Suriyadakı bütün təşkilatları bir yerə toplayaraq bölgədəki ölkələrin parçalanması istiqamətində yeni bir hərəkata başlamasıdır.

Bu layihə çərçivəsində keçən həftə ABŞ və Fransanın nümayəndə heyətləri ilə keçirilən görüş nəticəsində PKK-nın çətiri altında, Kürd Milli Birlik Partiyaları adı ilə yeni bir təşkilat yaradılıb. ABŞ, bununla da, ordu qurub silahlandırdığı PKK-nı dövlətə çevirmək üçün vacib bir addım atdı.

ABŞ Suriyanın şimalındakı Məsud Bərzaniyə yaxın olan Suriya Kürd Milli Şurasını PKK/PYD-yə dəstək verəcəyinə inandırıb. PKK ilə Barzani tərəfdarı olan qruplar arasındakı son razılaşma ABŞ-lı səfir Uilyam Robak və Məzlum Kobani kod adı ilə tanınan Fərhad Abdi Şahinin də iştirak etdiyi mətbuat konfransı ilə Qamışlıda ictimaiyyətə elan edilib.

Sazişin Bərzaninin 2014-cü ildə imzaladığı Duhok müqaviləsi kontekstində bağlandığı elan edilib. Yaxın günlərdə Bərzani ilə PKK arasında yeni ümumi bir razılaşmanın imzalanacağı da bildirilir. Razılaşmaya görə, müdafiə sahəsində ortaqlıq qurulacaq, hərbi hissələr isə terror təşkilatı YPG-nin əli altında birləşəcək. Demokratik muxtariyyət və kantonal sistem gücləndiriləcək.

ABŞ bölgədə tətbiq etdiyi yeni strategiya ilə PKK-nı digər qrupların arasına salaraq, onu terror təşkilatı statusundan çıxarmağa çalışır.

Türkiyənin ərazi bütövlüyü üçün ABŞ-a qarşı apardığı fasiləsiz əməliyyatlara da diqqət yetirmək lazımdır. Bu çərçivədə, “Pənçə” hərəkətləri daimi hala gətirilməlidir.

Liviyadakı proseslərlə əlaqədar Türkiyəni hədəf alan ikinci təhdid isə Misirdən gəlib. Misir prezidenti Sisi Liviyadakı son hadisələrə görə özü kimi təxribatçı Həftarla birlikdə Qahirədə bir bildiriş elan edib, sonra isə təhdid edib. Sisi Türkiyənin Liviyadakı təsiri ilə bağlı belə bir açıqlama vermişdi: “Liviyadakı son hadisələr Misirin qanuni şəkildə müdaxilə etməsinə yol açıb. Cufrə və Sirt qırmızı xətdir. İki tərəfdən biri bu cizginin şərqinə və ya qərbinə keçsə, Misirin müdaxilə etmək haqqı var və ordumuz bu hüququndan istifadə edəcək”.

Liviya Sisinin bu açıqlamasının “müharibə elanı” olduğunu bildirib.

Türkiyənin Liviyaya müdaxiləsi ilə öz təsirini itirən və Həftar dəstəkçilərindən olan Sisinin bu mövqeyinə ciddi yanaşmaq lazımdır. İslam ölkələrini bir-biri ilə döyüşdürərək gücdən salmaq həm AB və ABŞ-ın, həm də İsrailin əsas strategiyasıdır. Təxribatçı Sisi ABŞ/İsrail cütlüyünün rəhbərliyi altında Liviyada bir macəraya başlaya bilər. Türkiyə bu məsələdə çoxyönlü və rasional bir diplomatiya irəli sürməlidir.

Türkiyəyə qarşı üçüncü təhlükə isə Yunanıstandan gəlib. Yunanıstanın Baş naziri, Müdafiə naziri və Baş Qərargah rəisi birbaşa Türkiyəni hədəf alan təhdidlər edir. Yunanıstanın yüksək səviyyəli səlahiyyətliləri “Türkiyə məhəllə xuliqanıdır”, “Türkiyə ilə vuruşa bilərik”, “Əvvəlcə yandıracağıq, sonra gedib kimin olduğuna baxacağıq” tipli qeyri-sabit fikirlər səsləndirib.

Türkiyənin son zamanlarda bölgədəki maraqlarını müdafiə edən iradəsi Yunanıstan hökumətinin tarazlığını itirməsinə səbəb olub. Tarixdə müharibələrə hər zaman tarazlığını itirən və yeni bir tarazlıq üçün hərəkətə keçənlər səbəb olub.

Türkiyə ona qarşı edilən təhdidlərə hər zamankından daha çox hazır olmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar