Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaşma”nın ardınca türk qoşunları da Araz sahilinə endi: Bakı mollaların körpü mesajına Arazı keçməklə cavab verir

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayılİmişli rayonlarının ərazilərini əhatə edir.

Təlimlər hər nə qədər Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilsə də, aydın məsələdir ki, İrana gözdağı vermək mahiyyəti kəsb edir.

Birincisi, təlimlərin keçirildiyi ərazilər diqqət çəkir. Belə ki, təlimlər Bakı şəhərini, Astara, Cəbrayılİmişli rayonlarının ərazilərini əhatə edir. Astara, Cəbrayılİmişli rayonları İranla sərhəd ərazilər hesab edilir.
Rəsmi Bakı Türkiyə ilə birlikdə bu ərazilərdə təlimlər keçirərək bir müddət öncə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərə bir daha cavab vermiş oldu.

Prinsip etibarilə rəsmi Bakı bir müddət öncə yenə cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimə başlaması ilə İrana layiqli cavab vermişdi. Həmin təlimləri Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay izləmiş və rəsmi Bakı dolayı yolla Türkiyə faktorunun regionda varlığını Tehrana bir daha xatırlatmışdı. Lakin bu dəfə Türkiyə ilə birlikdə ortaq təlimlərin keçirilməsi İrana xəbərdarlıqdır.

Bakı şəhərinə gəldikdə bu da təsadüfi deyil. Belə ki, rəsmi Bakı bununla son günlər SEPAH-a bağlı Teleqram kanallarında İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair yayılan təhdid xəbərlərinə səssiz qalmadığını göstərmiş oldu. Bakının cavabı isə qısa və qətidir: Bakı buxtasında sizi Türkiyə ilə gözləyirik!

İkincisi, təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Şübhəsiz, təlimlərdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icra edilməsi xüsusi diqqət çəkir.
Bakı və Ankara təkcə cənubdan gələ biləcək təhdidlərə qarşı müdafiəni deyil, həmçinin Araz çayını keçməklə düşmənə layiqli cavab verə biləcəyini məşq edir. Bu isə o mənaya gəlir ki, lazım gəlindikdə Araz çayı keçilə bilər.

Bakı və Ankara bu istiqamətdə təlimlər keçirərək, xüsusilə İranın bir müddət öncə Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməsinə açıq şəkildə mesaj verir.

Nəticə etibarilə Azərbaycan-Türkiyə birgə təlimi bir daha onu göstərdi ki, Tehran və Bakı arasında gərginlik hələ səngiməyib və qısa müddətdə səngiyənə də oxşamır. Düzdür, Ankara və Bakı Arazı keçməyi düşünməsə də, bunu edəcə biləcəyini göstərir.
İran tərəfi Azərbaycan-Türkiyə birgə təlimindən də dərs çıxarmasa, mümkündür ki, iki qardaş daha genişmiqyaslı təlimlər keçirə, həmçinin Xəzər dənizində birlik, bərabərlik nümayiş etdirə bilər.

Müəllif: Politoloq Turan Rzayev

pia.az 


Etiket: Təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar