Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yasin Hüseynzadə həmin xəstəxanada öldürüləcək” - Qabil Hüseynli

İrandakı səfirliyimizdə terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib...

Politoloq: “İranın səfirliyinizə edilən terrorla bağlı uydurduğu məişət zəminində yalanı işləmədi və dünya da bunu qəbul etmədi”.

“Səfirliyə edilən hücumun videolarında görünür ki, Yasin Hüseynzadənin əlində avtomat, belində tapança, digər əlində ağır çəkic var və onda zərrə qədər də anlaqsızlıq məsələsi yoxdur”.

Bu sözləri politoloq Qabil Hüseynli İranın Yasin Hüseynzadəni ruhi xəstəxanaya yerləşdirməni PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut etmirmi? Tehranın bu oyununa Azərbaycan tərəfinin reaksiyası necə ola bilər?

İranın Azərbaycana qarşı oynadığı yeni oyunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “İran Yasin Hüseynzadədən canını tam qurtarmaq üçün onu öldürəcək”.

Tehranın bu cür adamlardan daha əvvəldə istifadə etdiyini xatırladan politoloq PİA.az-a bildirib ki, həmin adamları müəyyən məqsədlər üçün istifadə edəndən sonra o adamlar İrana lazım olmur, beləliklə də həmin adamların həyatına son verilər. Yasin Hüseynzadə də belə olacaq:

İranın səfirliyinizə edilən terrorla bağlı uydurduğu məişət zəminində yalanı işləmədi və dünya da bunu qəbul etmədi. Azərbaycan da səfirliyə hücumla və Yasin Hüseynzadəni tərcümeyi-halı ilə bağlı təkzibedilməz faktları ortaya qoydu. Məlum oldu ki, Yasin Hüseynzadəni SEPAH-ın terrorçular dəstəsinin üzvüdür. Onun qardaşı da Azərbaycanda fəlaiyyət göstərən İranyönlü terrorçu dəstənin təşkilatçılarından biridir.

Bundan sonra İran rəsmiləri həmin adamı psixi nöqsanlı, yəni anlaqsız vəziyyətdə olması ilə bağlı yeni uydurma ortaya atdılar. Əvvəl televiziyalara müsahibələr verən Yasin Hüseynzadəni indi İran anlaqsız bir adam kimi ruhi xəstəxanaya yerləşdiriblər. Səfirliyə edilən hücumun videolarında görünür ki, Yasin Hüseynzadənin əlində avtomat, belində tapança, digər əlində ağır çəkic var və onda zərrə qədər də anlaqsızlıq məsələsi yoxdur.

Qabil Hüseynli: “Azərbaycan hələ ki, İrana emosional cavab vermir. Amma ölkə içərisində İranın agentura şəbəkəsinin ifşa etməkdəyik”.

Üstəlik o səfirliyə hücumdan əvvəl də bir neçə dəfə səfirliyin ətrafında görünüb və kəşfiyyat işləri aparıb. Bu gün Yasin Hüseynzadəyə anlaqsız adam kimi baxmağın özü gülməlidir. Tehran rejimi indi onu psixi problemli adam elan edib. İran Yasin Hüseynzadədən canını tam qurtarmaq üçün onu öldürəcək. Yaxud da Yasin Hüseynzadə həmin xəstəxanada öldürüləcək. Onsuz da Tehran bu cür adamlardan istifadə edir. Həmin adamları müəyyən məqsədlər üçün istifadə edəndən sonra o adamlar İrana lazım olmur, beləliklə də həmin adamların həyatına son verilər. Yasin Hüseynzadə də belə olacaq.

Azərbaycan hələ ki, İrana emosional cavab vermir. Amma ölkə içərisində İranın agentura şəbəkəsinin ifşa etməkdəyik. Özü də bu çox ciddi problemdir. Çox təəssüflə qeyd etməliyəm ki, bizim cəmiyyətin bəzi adamları İranın ələ alma məsələsinə çox asanlıqla gedirlər. Başı hicablı qadınlarımızın bir qismini yoxlayanda aydın olur ki, onların həyat yoldaşları iranlıdırlar. Onlar ölkənin müxtəlif sahələrinə möhkəm yerləşiblər.

Azərbaycanda İranı ifşa etmək kampaniyası hələ davam edir. Hələ ki, onların kökləri tam qazılıb atılmayıb. Birinci növbədə biz çalışmalıyıq ki, ölkəmizdə olan cəsur şəbəkəsinin axırına çıxmalıyıq. Bunun özü İrana ən gözəl cavabdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar