Bazar, 05 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

“Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur. Lakin pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər bu gün də qüvvədədir”.

Bunu Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.

O, bütün dünyada kütləvi tədbirlərə məhdudiyyətlərin qoyulmasına diqqət çəkib:

“Dünya ölkələrində olduğu kimi Azərbaycanda da qlobal problemlərdən biri koronavirus pandemiyasıdır. Artıq iki ilə yaxındır ölkədə pandemiya ilə bağlı ciddi mübarizə tədbirləri görülür. Bu səbəbdən kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər var”.

Böyük kütləviliyi ilə seçilən, sosial məsafənin təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentə sui-qəsd cəhdi - Ərdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alınıb

Pensiya və maaşlarda artımla bağlı yeni açıqlama - Video

Gəncədəki dəhşətli qəzanı orta məktəb şagirdi törədib - Fotolar, Yenilənib

"Yaqublunu polislərin döyməsi istisnadır" - Vilayət Eyvazov

Soçi görüşünün daha bir sirri açıldı: Putin Ermənistana 6 ay vaxt verib...

Ən vəfasız kişilər hansı bürclərdədir? – Astroloqlar açıqladı

İranda zenit-raket kompleksinin buraxılması partlayışa səbəb olub

Azərbaycan hərbi qulluqçumuza hücum edən diversantın cəsədini Ermənistana təhvil verdi

Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib, hədəf paytaxtı tutmaqdır

Qarabağda daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb

Ən çox oxunanalar