Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yarasalar rok vokalistləri kimi səs çıxararaq bir-birləri ilə ünsiyyət qururmuş

Alimlər yarasaların 7 oktava səs diapazonuna malik olduğunu kəşf ediblər...

PİA.az xəbər verir ki, Danimarkalı elm adamları yarasaların "Death metal" vokalçıları kimi boğazdan xırıltılı səslər çıxardığını kəşf ediblər.

Qeyd edək ki, “brutal vokal” kimi də tanınan bu üslubda “oxuyan“ müğənnilər səs tellərini yükləyir və mahnılarını gurultulu və hətta xırıltı ilə oxuyurlar.

Digər tərəfdən, yeni bir araşdırmaya görə, yarasalar da rok metalçıları kimi xırıltılı səslər çıxararaq bir-birləri ilə ünsiyyət qura bilirlər. Üstəlik, bu məməlilərin səs diapazonu əksər insanlardan daha yüksəkdir.

Araşdrmalara görə, yarasalar bu xırıltıları boğazlarında mədəcik qıvrımları adlanan qalın strukturlar vasitəsilə yaya bilirlər. Onlardan aşağı tezliklərdə bir-biri ilə əlaqə saxlamaq üçün istifadə edirlər. Bununla belə, bu heyvanlar son dərəcə yüksək səslər, eləcə də boğuq və xırıltılı səslər çıxara bilirlər.

Əslində, tədqiqatçılar yarasanın normal səs diapazonunun 7 oktava olduğunu bildirirlər. Hətta məşhur müğənnilər arasında çox az adamın səs diapazonunun 5 oktava olduğu məlumdur. Bu şəxslərə Meray Kerri və Prins daxildir.

“Plos Biology” adlı elmi jurnalda dərc edilən yeni araşdırmada yarasaların qırtlaqdakı müxtəlif quruluşlar sayəsində bu diapazonu keçə bildiyi qeyd olunur. Bu kəşf yarasa səslərini qeydə alan və diqqətlə öyrənən Cənubi Danimarka Universitetinin tədqiqat qrupu tərəfindən edilib. Araşdırmaya rəhbərlik edən professor Koen Elemans, “Biz ilk dəfə olaraq qırtlaqdakı hansı fiziki strukturların müxtəlif səslər çıxarmaq üçün istifadə edildiyini müəyyən etdik” deyir.

"Yayda yarasa dəstələrini müşahidə etsəniz, bu çağırışları çox aydın eşidə bilərsiniz" deyən Elemans sözlərini belə davam etdirib: “Sözügedən “siqnalların” funksiyasını bilmirik. Ancaq bu səsləri yalnız bir-birlərinə qəzəbləndikdə, uçduqda və ya bir dəstəyə qoşulduqda çıxarırlar.

Mənbə: İndependent Türkçe

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar