Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP və AKP nümayəndə heyətləri arasında görüş keçirilib - Video, Yenilənib

Mətnə video əlavə edilib

***

(AKP) nümayəndə heyəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti arasında görüş keçirilib.

PİA.az xəbər verir ki, YAP Mərkəzi Aparatında hakim partiya sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qalxdığını xatırladıb.

O bildirib ki, iki hakim partiya Zəfərdən sonra yaranmış reallıqlara uyğun olaraq inkişaf etdirməyi qarşıya məqsəd qoyub: "Biz birgə fəaliyyət istiqamətində səylərimizi daha da artıracağıq. Biz Türkiyə Prezidentinə, xalqına dərin təşkkürümüzü bildiririk. 44 günlük müharibə iki xalq, iki dövlət arasında münasibətlərin hansı zirvədə olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin bu gün də dediyi kimi, Türkiyənin 44 günlük müharibədə Azərbaycanın yanında olması kənar təzyiqlərin dəf olunması, Qələbənin əldə olunması, gələcək tərəqqisi üçün zəmin yaratdı. Gələcəkdə birgə konfranslar, tədbirlər keçirəcəyik”.

AKP sədrinin I müavini Numan Kurtulmuş Azərbaycanda özlərini evlərindəki kimi hiss etdiklərini vurğulayıb: “Son dövrlər iki partiya arasında münasibətlər sürətlə inkişaf edir. Bu gün keçirdiyimiz görüşlərin dostluğumuzu, qardaşlığımızı möhkəmləndirəcəyini düşünürük. İki partiya iki xalqın, dövlətin daha da yaxınlaşması üçün səylərini artıracaq. Qarşılıqlı səfərlər intnensivləşəcək, birgə tədbirlər keçiriləcək. Dostluğun inkişaf etdirilməsi səylər tələb edir. Biz bu münasibətləri daha da inkişaf etdirəcək, iki partiyanın, xalqın, dövlətin münasibətlərinin gələcəkdə daha sıx olması üçün zəmin yaradacağıq”.

Daha sonra T.Budaqov və N. Kurtulmuş qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.(Report)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar