Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağıntılı hava şəraiti mayın 26-dək davam edəcək - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən PİA.az-a verilən məlumata görə, mayın 24-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Kişçayda (Şəki) 28.0 mm, Göygöldə 27.0 mm, Ləzədə 26.0 mm, Şahdağda 25.0 mm, Qudyalçay-Xınalıqda 24.0 mm, Qrızda 23.0 mm, Sarıbaşda (Qax) 21.0 mm, Şəkidə 20.0 mm, Qusarda 15.0 mm, Daşkəsən, Qubada 14.0 mm, Gəncə, Xınalıq, Tovuzda 12.0 mm, Ağstafa, Gədəbəydə 10.0 mm, Balakən, Qəbələdə 9.0 mm, Ağdam, Mingəçevirdə 8.0 mm, Göyçay, Zaqatala, Oğuzda 7.0 mm, Ağdərə (Ordubad), Şəmkir, Bərdə, Yevlaxda 5.0 mm, Naftalan, Sədərək, Ceyrançöl, Qobustan, Altıağac, Zərdabda 4.0 mm, Beyləqan, Astara, Xaltanda 3.0 mm, Tərtər, Cəfərxan, Şabranda 2.0 mm, Naxçıvan, Şərur, İmişli, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvarda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağa, Bakıda 2.0 mm, Sumqayıt, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Dolu: Mayın 23-də saat 15:04-15:05 radələrində Daşkəsən rayonuna, 17:35-17:38 radələrində isə Şirvan şəhərinə xırda dənəli dolu düşüb.

Külək: Şimal-qərb küləyi arabir Naftalan, Ağdam, Gəncədə 28 m/s, Balakən, Mingəçevirdə 25 m/s, Şəmkir, Tovuzda 24 m/s, Tərtər, Ağstafada 22 m/s, Zaqatalada 20 m/s, Kəlvəzdə 19 m/s, Naxçıvan, Ceyrançöl, Cəfərxan, Şəmkir, Bərdə, Göyçay, Salyanda 18 m/s, Şirvanda 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Pirallahıda 26 m/s, Neft Daşlarında 25 m/s, Çilov adasında 24 m/s, Ələt, Sumqayıtda 22 m/s, Binədə 19 m/s, Maştağada 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisındə müşahidə olunuan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar