Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xuraman Muradova qanunsuz fəaliyyətinə görə yenə məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən “Milana Medical” MMC barəsində məhkəmə iddiası qaldırılıb...

PİA.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.

Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, “Milana Medical”ın sahibi iş qadını və yazar kimi tanınan Xuraman Muradovadır. O, əvvəllər “Laçın” Klinikasının rəhbəri olub. 2014-cü ildən isə “Milan Hospital”ın baş direktorudur. Bir müddət əvvəl isə Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılmışdı. Buna onun dövlət büdcəsinə olan vergi və sosial ödənişləri ödəməməsi səbəb olmuşdu.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar