Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xudafərində nəhəng bayraq asıldı - Fotolar

Azad edilmiş CəbrayılFüzuli rayonlarına ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin səfəri təşkil olunub.

PİA.az-ın məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil NazirliyiMüdafiə Nazirliyinin birgə təşkil etdiyi səfər Şəhidlər xiyabanından başlayıb.

İştirakçı qismində 31 ölkədən olan 40 tələbə 16 təhsil müəssisəsini təmsil edib. Tələbələr yol boyunca işğaldan azad edilmiş ərazilərdə ermənilərin yaşayış məntəqələri və tarixi abidələri viran qoymasının, quru və dəmiryolu xətlərini dağıtmasının canlı şahidi olublar.

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Elmar Zeynalabdinov döyüş əməliyyatları, Ermənistan hərbçilərinin döyüş texnikalarını göstərərək Azərbaycan Ordusunun rəşadətlərindən bəhs edib.

Səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar. Onları tarixi abidə barədə məlumatlandıran Baş İdarə rəisi Azərbaycan ərazilərinin 30 ilə yaxın erməni işğalı altında qaldıqdan sonra əks-hücumla 44 günə azad olunduğunu bildirib. O, Xudafərin körpüsünə Prezident İlham Əliyevdən sonra xarici tələbələrin ilk səfər edənlərdən olduğunu vurğulayıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov əcnəbi tələbələrin səfərə böyük maraq və təşəbbüs göstərdiklərini söyləyib. Onun sözlərinə görə, obyektiv səbəblərdən bütün xariciləri azad edilmiş ərazilərə gətirmək mümkün olmayıb.

Tələbələrin iştirakı ilə Azərbaycanın böyük bayrağı açılıb, "Qarabağ Azərbaycandır" şüarı səsləndirilib.

Səfərdə iştirak edən Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov və idmançı Abdulbağı Abdullayev isə Azərbaycan bayrağı altında qılıncoynatma səhnəsi nümayiş etdiriblər.

Flaşmobu Araz çayının əks tərəfindən cənubi azərbaycanlılar da maraqla izləyiblər. Yolla hərəkət edən avtomobillər siqnallarla dəstək olublar.

Daha sonra səfər iştirakçıları Cəbrayıl şəhərinə doğru hərəkət ediblər. Onlar şəhərdəki "Dostluq" bulağı ilə tanış olublar. N saylı hərbi hissənin zabiti Ordumuzun döyüş yolu, Cəbrayıl əməliyyatı barədə məlumat verib. Ermənilərin şəhərdə bir salamat ev belə qoymadıqları əcnəbi tələbələrin diqqətinə çatdırılıb.

Burada Baş İdarə əməkdaşları Azərbaycan bayrağı ucaldıblar.(Report)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar