Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xruşovun öyündüyü “Tu-134” – Təyyarə 42 il öncə “Paxtakor” komandasına məzar olub

SSRİ-nin aviasiya sənayesində əfsanəvi təyyarə adını alan “Tu-134” ilk uşuşunu 58 il öncə bu gün, 29 iyul 1963-cü ildə həyata keçirib. “Tu-134” təkcə SSRİ-də deyil, həmçinin Almaniya (ADR), Polşa, Yuqoslaviya, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Vyetnam və bir sıra ölkələrdə də kütləvi istismara buraxılıb.

“Tu-134” təyyarəsinin meydana gəlməsinin maraqlı bir tarixi olub. Belə ki, Nikita Xruşov 1960-cı ildə Fransada rəsmi səfərdə olarkən, səfər çərçivəsində ölkənin ayrı-ayrı bölgələrinə təyyarə ilə uçub. Fransızların “Karavella” təyyarəsinin rahatlığı sovet liderini o qədər məmnun edib ki, o, Moskvaya qayıdan kimi SSRİ aviasiya səneyesinin baş konstruktoru general-polkovnik Andrey Tupolevi yanına dəvət edib. Tupolev sonralar Xruşovla keçən 1 saat 20 dəqiqəlik görüşü belə xatırlayıb:

“Baş katibin yanına gedəndə qəbul otağında xeyli adam var idi. Düşündüm ki, bu fərdi qəbul deyil, hansısa bir ciddi məsələ ilə bağlı müşavirə keçiriləcək. Ancaq 5-10 dəqiqə keçməmiş köməkçi məni kabinetə dəvət etdi. İkilikdə keçirilən görüş 1 saat 20 dəqiqə çəkdi. Son dəqiqələrə qədər anlamırdım ki, Xruşov məni nəyə görə çağırıb. Bu müddət ərzində o, Fransa səfərindən danışırdı, gah gülürdü, gah qəzəblənib yumruğunu stola çırpırdı. Aviasiya sənayesi haqqında bir kəlmə də danışmayan Xruşov nəhayət sonda mənim sahəmlə bağlı bir fikir söylədi: “SSRİ-nin öz “Karavella”sı olmalıdır. Daha doğrusu, bu fikir yox, konkret göstəriş və əmr idi...”

Bu görüşdən sonra Tupolev öz işinə başlayıb. Üç ildən sonra “Tu-134” ilk uçuşunu həyata keçirib. Maraqlı faktlardan biri isə odur ki, təyyarə istismara buraxıldıqdan sonra Xruşov az qala özünü “Tu-134”ün müəllifi kimi təqdim edib. Mərkəzi Komitənin iclasında sovet lideri özünəməxsus çılğınlıqla SSRİ-nin aviasiya səneyesi haqqında yüksək fikirlər söyləyib:

“Bütün sahələrdə olduğu kimi, aviasiya sahəsində də SSRİ dünya ölkələri arasında ön sıralarda gedir. “Tu-134” təyyarəsi buna bariz sübutdur. Artıq neçə ölkələrdən bu təyyarənin alınması üçün sifarişlər daxil olmaqdadır. Mən hələ 3 il öncə bunu görürüdüm. Mən o vaxt, 1960-cı ildə Tupolevi yanıma dəvət etdim. Biz yeni təyyarənin istehsalı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Mən Tupolevə çox şeyləri başa saldım, yeni təyyarənin hansı texniki göstəricilərə malik olmağını ona anlatdım. O, mənim fikirlərimi qəbul etdi və məhz bunun üzərində də yeni təyyarə meydana gəldi...”

Bəli, məşhur konstruktorla 1 saat 20 dəqiqəlik görüşdə yalnız “SSRİ-nin öz “Karavella”sı olmalıdır” deyən Xruşov Mərkəzi Komitənin iclasında baş katib kimi deyil, təyyarə konstruktoru kimi çıxış edib.
“Tu-134” təyyarəsi SSRİ-də ilk beynəlxalq sertifikat alan təyyarə olub.

Andrey Tupolev əvvəlcə “Tu-124” təyyarəsini təkmilləşdirərək “Tu-124A” təyyarəsinin konstruksiyasını hazırlayıb. Amma sonra o, texniki göstəriciləri bütövlükdə dəyişərək yeni təyyarə modeli yaradıb.
Əvvəlcə təyyarə 56 sərnişin üçün nəzərdə tutulub, sonradan təyyarənin sərnişin tutumu 72 nəfərə qaldırılıb.

Təyyarə ilk dəfə 1967-ci ildə Moskva-Stokholm marşrutu ilə beynəlxalq reysi icra edib. 1972-ci ildən sonra isə “Tu-134” əsasən beynəlxalq xəttlərə buraxılıb.

21 il ərzində “Tu-134” təyyarəsi Xarkov aviasiya zavodunda istehsal olunub. Bu illər ərzində zavod 856 təyyarə istehsal edib.

Təyyarənin istehsalı büdcəyə o qədər gəlir gətirib ki, avisiya sənayesi sahəsində çalışanlar səmada “Tu-134” görəndə “əmək haqqımız göylərə qalxır” deyə öz “məhsul”ları ilə öyünüblər.

Dünyanın aviasiya sahəsində “Tu-134” uzun illər ən təhlükəsiz təyyarələrdən biri sayılıb. Amma buna baxmayaraq istismarı dövründə qəza və digər səbəblərdən 78 ədəd “Tu-134” təyyarəsi sıradan çıxıb.
Ayrı-ayrı dövrlərdə “Tu-134” təyyarəsini 30 dəfə qaçırmağa cəhd ediblər. Bu cəhdlər nəticəsində 14 nəfər həlak olub.

Ümumilikdə isə qəza, terror aktı, texniki nasasızlıq və digər səbəblərdən “Tu-134” təyyarəsinin 1473 sərnişini həlak olub.

“Tu-134” təyyarəsinin uğradığı ən böyük qəzalardan biri 1979-cu ilin avqust ayında Dneprodzerjinsk üzərində baş verib. Bu qəza zamanı iki “Tu-134” təyyarəsi toqquşub ki, nəticədə 178 nəfər həlak olub. Daşkəndin “Paxtakor” komandasının futbolçuları da bu qəzanın qurbanları olublar. Bu qəzaya görə yanlışlığa və məsuliyyətsizliyə yol verən dispetçer Nikolay Sumskoy 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

21 may 2019-cu ildə “Tu-134” təyyarəsi sonuncu reysini yerinə yetirib. Göyərtəsində 70 sərnişin olan, “Alrosa” aviaşirkətinə məxsus təyyarə İrkutskdan Yakutiyanın Mirni şəhərinə uçub. Bu reysindən sonra təyyarə Novosibirskdəki aviasiya və kosmonavtika muzeyinə göndərilib.

SSRİ-nin aviasiya sənayesinin ən böyük uğuru sayılan “Tu-134” siyasi müstəvidə Nikita Xruşov hakimiyyətinin uğurlu hadisələrindən biri sayılıb.

İlham Cəmiloğlu( Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar