Bazar, 19 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Xodorkovskinin nəşrləri bağlandı - Kreml keçmiş oliqarxın dəstəklədiyi medianı "xarici agent" hesab edir

Kremlin mühacirətdə olan tənqidçisi Mixail Xodorkovskinin dəstəklədiyi iki onlayn nəşr – Açıq Media və MBKh avqustun 5-də fəaliyyəti dayandırdıqlarını bildirib. Rusiyanın mediaya nəzarət edən Roskomnadzor idarəsi həmin saytları bloklamışdı.

Açıq Media qərarını "Telegram" kanalında açıqlayıb. MBKh-in keçmiş baş redaktoru Veronika Kutsillo isə "Facebook" postunda elan yerləşdirib. Nəşrlər hakim orqanlardan bloklanmanın səbəbiylə bağlı bildiriş almadıqlarını deyiblər. Artıq avqustun 4-dən Rusiyada əksər internet provayderlərinin istifadəçiləri Açıq Media, yaxud MBKh Media-ya daxil ola bilməyiblər.

Xatırladaq ki, keçmiş oliqarx Xodorkovski Rusiyada siyasi hesab olunan ittihamlarla 10 il həbsdə yatandan sonra Londona köçüb. O, Prezident Vladimir Putinə meydan oxuduğuna görə ondan siyasi qisas alındığı düşünürdü.

Sentyabr seçkisi öncəsi Roskomnadzor müstəqil mediaya təzyiqləri gücləndirib. Açıq Media və vebsaytı Roskomnadzor-un iğtişaş və ekstremist fəaliyyətə çağırış edən mənbələr siyahısına salınmışdı. Media orqanı avqustun 4-də vebsaytdan qanunazidd kontentin çıxarılmasına dair məktublar alıb. Amma məktublarda hansı kontentdən söhbət getdiyi dəqiq göstərilməyib. Rusiyanın bloklanmış vebsaytlar reyestrinin bildirməsinə görə, xəbər saytlarına giriş avqustun 3-də Baş Prokurorluğun göstərişi ilə məhdudlaşdırılıb.
Reyestrin istinad etdiyi qanunda kütləvi itaətsizlik, ekstremist fəaliyyət, icazəsiz yürüşlərdə iştiraka təhrik edən vebsaytların qapadılması nəzərdə tutulur.

Rusiya son həftələr bir sıra müstəqil media orqanları və jurnalistləri “xarici agentlər”, yaxud “arzuolunmazlar” siyahısına salıb. Bu təsnifat jurnalistləri gözdən salmaq cəhdi güdür, əlavə hökumət nəzarəti deməkdir. Ötən ay hakimiyyət Açıq Media-nın bəzi jurnalistlərini “xarici agentlər” adlandırıb. Hazırda 77 təşkilat “xarici agent” hesab olunur, onların içində 16 media qurumu və 18 jurnalist var.

Qanuna modifikasiya "Azadlıq" radiosunun rus xidməti və digər altı rusdilli xidməti, eləcə də “Current Time” layihəsini də əhatələyib. Qanun xaricdən vəsait alan və hakimiyyətin nəzərində siyasətlə məşğul olan QHT-lərdən “xarici agent” kimi qeydiyyatdan keçmələrini tələb edir. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq rəisin evindən 1,4 milyon aparmaq istədilər - Planı arvadı qurub?

Orda oturmaq üçün zalım olmağın dozası nə qədərdir?..

Ceyran Rəhimova sükutu pozdu: “Hazırda efir kriteriyaları mənə uyğun deyil” 

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədri

Sabiq nazir müavini kimdən nə qədər rüşvət alıb? – Məbləğlər

Nəriman Abbasovun Həbib Nurməhəmmədova müraciətinin səbəbi bilindi - Video

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - Açıqlama

İdarə rəisinin evindən 1.4 milyon manat necə oğurlanıb?

“Lotu Quli”nin qəbri üstündə qətl - İstintaqa elə ifadə verdi ki...

Boğazı üzülən şəxs həyata qaytarıldı: Bakıda unikal əməliyyat - Video

Ən çox oxunanalar