Cümə, 23 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Xocalı soyqırımı qurbanlarının “Qobu Park”da işıqlı xatirəsi… - Video

Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal bir tərzdə dəstək veriblər...

Fevralın 25-də gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI sözləri və soyqırımının baş verdiyi tarixi, soyqırımı qurbanlarının sayını, faciədən ötən müddəti ifadə edən 26 02 1992, 613, 28 rəqəmləri əks olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qobu Park”da təşkil edilmiş bu işıqlı anım aksiyası barədə videoçarx mediada və sosial şəbəkələrdə yerləşdirilib.

pia.az




Digərxəbərlər

Populyar xəbərlər

Büdcədən oğurlanan milyonlar: Sabiqlərin topdağıtmaz sərvəti - Siyahı

Rəfiqəsinin 20 yaşlı oğlu ilə eşq yaşadığını ilk dəfə açıqladı - Foto

General-polkovnik Vaqif Axundovun rəis bacısı oğlu həbs edildi - Yenilənib

Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov danışdı

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? – Məhkəmədə böyük skandal

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? - Məhkəmədə böyük skandal

İlham Əliyev məmurlara bizneslə məşğul olmağı qadağan edir - Prezidentin AzTv-yə müsahibəsindən sitat

“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” - Elçibəyin oğlu

Müdafiə Nazirliyində yeni kadr təyinatları olub - Sərəncam

Ən çox oxunanalar