Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xınalığa gedən yol buz bağladı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda, Giləzi-Xızı və yolun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır. Hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlən, duz və qum səpilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hazırda da keçirilməsi davam etdirilir. Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan hissəsində 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən yolun bəzi hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hazırda zəif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Giləzi-Xızı yolunda gecə saatlarında güclü qar yağıb və şaxta qeydə alınıb. Hazırda 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizlənib, duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar