Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa hazırdır

Sakit Okean Alyansı (SOA) təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən (XİN) PİA.az-a verilən məlumata görə, “Dayanıqlı sosial iqtisadi regional canlanma: beynəlxalq əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən forumda təşkilatın daimi, assosiativ və müşahidəçi qismində 60-dan çox üzv ölkəsinin nümayəndələri, o cümlədən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iştirak edib.

Onlayn formatlı forumda çıxış edən E.İskəndərov Alyansın fəaliyyətində müşahidəçi üzv kimi iştirak edən Azərbaycanın şimal-cənub, şərq-qərb istiqamətləri üzrə nəqliyyat tranzit imkanlarının Alyans ölkələri üçün əhəmiyyəti haqda iştirakçıları məlumatlandırıb.

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı yenidənqurma işləri haqqında danışan səfir Azərbaycanın bu sahədə də SOA ölkələri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Forum müzakirələrində iştirak edən nümayəndələr ölkəmizin azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma təcrübəsinin unikallığını qeyd edərək, bu sahədə əməkdaşlığa maraqlarını ifadə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar