Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Xəzər dənizində tank əlehinə mina aşkarlanıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhəri ərazisində Xəzər dənizinin sahilə yaxın sularında partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən edilib. Pirotexniklər istehkamçı qarmağından istifadə etməklə minanın altında “sürpriz” qurğunun olmadığına əmin olduqdan sonra mina yerindən götürülüb və zərərsizləşdirilməsi üçün XRXX-nin xüsusi təyinatlı avtonəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və yaxın ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində “Azərişıq” ASC tərəfindən aparılan qazıntı işləri zamanı döyüş sursatının aşkar edilməsi barədə daxil olan məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən əraziyə keçirilmiş baxış zamanı aşkar edilmiş sursatın partladıcıları olmayan, lakin döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbaralar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Azərbaycanda məhkəmə müstəntiqin cəzalandırılması üçün Baş prokurora müraciət edib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar