Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətai rayonunda yerləşən Heydər Parkı yenidənqurma işlərindən sonra istifadəyə verilib - Foto

Bakı şəhəri, Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

PİA.az xəbər verir ki, parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.

Ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilmiş, 9 hektar əraziyə qazon örtüyü döşənmiş, 7 km piyada və 1,1 km velosiped zolağı salınmış, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılmış, məlumat lövhələri qoyulmuş, 2500 m2 sahədə avtodayanacaq yaradılmışdır. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilmişdir. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılmış, lazımi avadanlıqlar quraşdırılmışdır. Parkda monitor yenisi ilə əvəz edilmiş, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulmuşdur.

Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sosial-ekoloji hədəflərin reallaşdırılmasına, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar