Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Xarici səyyahların iştirakı ilə Bakıdan Qarabağa ilk kommersiya təyinatlı sınaq uçuşu olub - Foto

30 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edib.

PİA.az xəbər verir ki, 1 il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa getdikcə artan marağını ifadə edir.

Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, PolşaRusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. İlk dəfədir ki, dünya səyyahlarını birləşdirən 4 aparıcı beynəlxalq şəbəkənin rəhbərləri Qarabağdadır. Onlar ETIC-in (Extremal Travellers International Congress) sədri Kolja Spöri, MTP-nin (Most Traveller People) rəhbəri Çarlz Veley, TCC-nin (Travelers' Century Club) başçısı CoAnn Şvartz, “NomadMania” Klubunun sədri Harri Mitsidisdir.

Heyətin sırasında tanınmış belçikalı işadamı Patrik Maselis, dünyanın ən çox səfər etmiş səyyahlarından sayılan amerikalı Don Parriş, Portuqaliyanın Altantik Universitetinin təsisçisi Coao Paulo Peyksoto, “The Wall Street Journal”, BBC, “The Hill” yazarı amerikalı jurnalist Deyv Seminara, tanınmış turizm ekspertləri, marketoloqlar da var.

Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.

Qarabağdakı dağıntılar və quruculuq işləri ilə yaxından tanış olduqdan, ətraflı məlumat aldıqdan sonra beynəlxalq səyahətçilər onları gətirən təyyarə ilə Bakıya geri dönəcək. Azərbaycana bir neçə günlük səfər çərçivəsində dünya səyyahları ölkənin digər bölgələrində də müxtəlif yerlərdə olacaqlar.(APA)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

FHN generalından Prezidentə şikayət: “Şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir, bizi isə hədələyir”

Milli Məclisin oliqarx deputatları: “TOP-10″da kimlər var?

Polis Sevda Yəhyayevanın toyunda reyd keçirdi - Fotolar

İmmunitet gücləndirən vitaminlər - Payızda qəbul etməlisiz

Qızına Fransada 30 milyonluq villa tikən icra başçısı şəhid anasını intihara vadar edib - Video, Foto

Zümrüd Yağmurun bacısı danışıb, faktları açıqlayıb – Video

Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar - Foto, Yenilənib

Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi - Aəzrbaycanda şok hadisə

Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər - Video, Yenilənib

Ən çox oxunanalar