Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici işlər nazirinin müavini Fariz Rzayev Finlandiyaya səfər edib - Foto

Xarici işlər nazirinin müavini Fariz Rzayev Finlandiya Respublikasına işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində Finlandiya xarici işlər naziri Pekka Haavisto, Finlandiya Parlamentinin 1-ci vitse-spikeri Antti Rinne, Finlandiya Prezidentinin diplomatik müşaviri Petri Hakkarainen və Xarici İşlər Nazirliyinin dövlət katibi Matti Anttonen ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə həyata keçirilən bu səfərin və paytaxtlarda nəzərdə tutulan mədəniyyət tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib, ikitərəfli münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib, xüsusilə təhsil və iqtisadiyyat sahələrində mövcud olan potensial vurğulanıb, habelə Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər, regional və beynəlxalq mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fin Beynəlxalq Məsələlər İnstitutu (FİİA) və Martti Axtisaari Sülh Fondunun rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri, eləcə də hazırda aktuallıq kəsb edən beynəlxalq və regional məsələlər təhlil edilib, ölkəmizin mövqeyi həmsöhbətlərin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində, Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə nazir müavini Fariz Rzayev və XİN-in dövlət katibinin müavini Nina Vaskunlahtinin iştirakı ilə Helsinkinin Musiikkitalo Sarayında İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.

Fotolar

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar