Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndiyə gələn milyarderə “yeni vəzifə” – Beqlaryanın “yerinə” keçir

Xankəndiyə gələn Rusiyada fəaliyyət göstərən erməni iş adamı, milyarder Ruben Vardanyan separatçıların "dövlət naziri" ola bilər.

PİA.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İrəvanda nəşr olunan "Hraparak" qəzeti yazır.

Nəşr Vardanyanın Rusiya vətəndaşlığından imtina etdiyini və Xankəndidə məskunlaşmaq qərarına gəldiyini bildirir. Qəzet onun Xankəndidə "adi status"da olmayacağını, "idarəetmə sistemi"ndə yer alacağını iddia edir.

Həmin iddiaya görə, o, "dövlət naziri" təyin olunacaq və bu "post"da Artak Beqlaryanı əvəz edəcək.

"Hraparak" Vardanyanın separatçıların başçısı Araik Arutyunyanla yaxın əlaqədə olduğunu da bildirir.

Qeyd edək ki, Ruben Vardanyan işğal dövründə həmişə Azərbaycan ərazilərindəki separatçılarla əlaqədə olub. O, Livan, Suriya və digər ölkələrdən erməni ailələrinin qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsinin əsas təşkilatçılarından və maliyyə mənbələrindən biri olub. Bir neçə gündür Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndidə peyda olan Vardanyan bölgədə separatizmi qızışdıracaq mesajlar verməyə başlayıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar