Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndidə vəziyyət gərginləşdi, ermənilər Araikin istefası tələbilə mitinqə çıxdı…

Bu gün gündüz saatlarında Xankəndidəki “Dirçəliş” meydanına toplaşan bir qrup erməni separatçı rejim başçısı Araik Arutyunyanın istefasını tələb etməyə başlayıb.

Bu haqda qəsbkar ölkənin “A1plyus” nəşri məlumat yayıb.

Məlumata görə, vəziyyət gərginləşib.İnsanlar yaxın ərazilərdə divarlara “get” yazılmış vərəqələr yapışdırıblar.

Separatçı rejimin qanunsuz “dövlət naziri” sayılan Artak Beqlaryan etirazçılara yaxınlaşaraq Araiklə danışdığını və onların belə bir tələb irəli sürdüklərini onun nəzərinə çatdırdığını bildirib. Və onu da əlavə edib ki, sabah – iynun 22-i günortadan sonra Araik Arutyunyan “xalqın tələbi ilə əlaqədar xalq qarşısında çıxış etmək” üçün Xankəndində olacaq.

“Qraparak” nəşrinin yazdığına görə isə, etirazçılar hətta “prezident” iqamətgahının qapılarını sındıraraq içəri girməyə çalışıblar. Polislə qarşıdurma yaşanıb. Guya nümayişçilər bildirib ki, “Artsax xalqı Paşinyanı təbrik edə bilməz”, Araik getməlidir...

Xatırladaq ki, gecə saatlarında Araik Arutyunyan İrəvanda Paşinyanın baş seçki qərargahında görünüb. Sonra isə səhər saatlarında öz adından “rəsmən” Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib. (Moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar