Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xanımlar iş tapmaqda hələ də çətinlik çəkirlər” - Nazir

"Əmək bazarına yeni girən şəxslərin öz ixtisasları üzrə iş tapmalarında çətinlik var".

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, xanımlar kişilərə nisbətən iş tapmaqda hələ də çətinlik çəkirlər:
"Bu istiqamətdə görülən işlər nisbəti azaltsa da, hələ də bu problem qalmaqdadır.

Bunun aradan qaldırılması üçün məşğulluq proqramları tərtib edilir. Fərdi məşğulluq planı çərçivəsində onların ixtisaslarına uyğun seçimlər tapılacaq. Onların ixtisasları ilə bağlı əmək bazarında vakansiyalar olmazsa, onların üzərində də təkmilləşdirmə işləri aparılacaq. Bu mexanizmlərin artıq icrasına başlanılıb. Bu problemləri həll etmək üçün biz məşğulluq proqramlarını təkmilləşdiririk"

"Bu gün nazirliyin 175 xidmətindən 103 üçün elektron formada həyata keçirilir. Növbəti ilin sonuna qədər daha 53 xidmət elektronlaşdırılması və səmərəli şəkildə vətəndaşlara təqdim ediləcək. Cari ilin 11 ayı ərzində 12 milyona qədər elektron xidmət göstərilib"- deyə nazir qeyd edib.

S.Babayev son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92 % artdığını da bildirib:

"Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 485 şəxsə işsizlikdən sığorta təyin olunub ki, bu ödənişlərdə də 30% artım qeydə alınıb".

Onun sözlərinə görə, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar