Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xamneyiyə kim cavab verəcək?

ABŞ-ın İraqa müdaxiləsindən sonra İran rejimi üçün vaxt dayanmış vəziyyətdədir - nə geri addım ata bilər, nə irəli gedə bilər, nə də dəyişiklik yaşaya bilər...

Tarık Alhomayed, Səudiyyəli yazar
“The Independent” qəzeti

İranda etirazlar davam edərkən, İranın ali dini lideri Əli Xamenei “inqilab ixracı” strategiyası ilə öyünərək İraq, Suriya və Livanda “inqilabın yayıldığını” və “ABŞ-ın bu üç ölkədə məğlub olduğunu” deyib.

Dini lider həmçinin “İranın regionda strateji genişlənməsinə və dərinləşməsinə son qoymaq” üçün İraq, Suriya, Livan, Liviya, Sudan və Somaliyə qarşı təzyiqləri hədəfləyən “ABŞ komplosuna”na da toxunub. Bu açıqlamada vurğulanmalı olan bəzi məqamlar var...

Ali Dini Rəhbərin bacısı qızı Fəridə Muradxani İranlıları, onun “dayı” dediyi adamın ifadələrinə cavab vermək problemindən xilas edən video yayımlayıb. Sözügedən videoda o, dayısının rəhbərlik etdiyi hakimiyyəti “uşaqları öldürən qanlı rejim” kimi xarakterizə edib və xarici hökumətləri Tehranla bütün əlaqələri kəsməyə çağırıb. Təbii ki, Muradxanidən əvvəl də bütün İranda vətəndaşlar rejimə etirazlarla cavab veriblər. Bu etirazlar molla rejimini çaşdırdı və hakimiyyəti ziddiyyətli vəziyyətə saldı.

Rejimin indi Ali Məqamlı Rəhbərin özünün dediyi kimi, bütün regiona fəlakət gətirən xarici ekspansiyadan başqa öyünməyə heç nəyi yoxdur.

Ancaq burada əsas sual budur:

İraqda, Livanda, Suriyada, Sudanda və hətta Liviyada Xamneyiyə rəsmi olaraq kim cavab verəcək?

Hazırda beynəlxalq aləmdən bununla bağlı hər hansı şərh varmı? İranı Liviyada hansı qruplar dəstəkləyir?

Xamneyinin inqilabın genişlənməsi və ixracı ilə fəxr etdiyi ərəb ölkələrinə gəlincə, bu ölkədə hansı məmur Ali Rəhbərin bəyanatlarını qarşı çıxaraq, ölkəsinin azad olmalı olduğunu və İranın inqilab yayımçılığına, daha doğrusu, işğalınaa qarşı çıxdığını dilə gətirəcək?

Xamneyinin verdiyi açıqlamalarda Yəmənin adını çəkməməsi diqqət çəkir. Bunun iki səbəbi ola bilər:

Əvvəla, Xamneyi rejimi tərəfindən dəstəklənən Husi terrorizminin yaratdığı nəticənin məsuliyyətini daşımaq istəməyə bilər və buna görə də bu nəticənin beynəlxalq təsirlərindən qaçaraq və Qərb solçu media ilə eyni melodiyanı çalaraq, Yəmən məsələsini Səudiyyə məsələsinə çevirməyə cəhd edə bilər.

İkincisi, Xameneyi rejimi İraqda qonşuluq hüquqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşmada dürüst olmadığı kimi, hər hansı müzakirədə dürüs olmaya bilər və Səudiyyə Ərəbistanı ilə danışıqların yeni mərhələsinin mümkünlüyü üçün qapını açıq qoymaq istəyə bilər.

Xamneyinin son bəyanatında ABŞ-la danışıqların faydasız olduğu və ondan heç bir nəticə əldə edilə bilməyəcəyi də diqqəti cəlb edir. Bu rejimin islahat aparmayacağını və ancaq son dərəcə radikal mövqe ilə yaşaya biləcəyini göstərir.

Yuxarıda deyilənlərin hamısı onu göstərir ki, molla rejimi çaşqınlıq içərisindədir və deyəcək yeni bir sözü yoxdur. Çünki “islam inqilabı” xaricə daşınmamışdan əvvəl və xüsusən də ABŞ-ın İraqa müdaxiləsindən üzü bəri İran rejimi üçün vaxt dayanmış vəziyyətdədir - nə geri addım ata bilər, nə irəli gedə bilər, nə də dəyişiklik yaşaya bilər.

Baş verən dəyişikliklərin ən mühümü isə odur ki, həm İran daxilində, həm də Xamneyinin “inqilab yayılır” dediyi bölgələrdə artıq bu rejimi heç kim istəmir.

Şiələrin İraq və Livanda Xameneyi rejimini istəməməsi, Xamneyinin ayağa qalxıb bu iki ölkə haqqında açıqlama verməsi, İraq və Livanı hər şeydən çox bəlaya salır. Bunu ona görə deyirik ki, bu ölkələrin rəsmilərindən kimsə Xamneyinin Livanı işğal edib, İraqı yerlə-yeksan etdiyi barədə açıq bəyanatına cavab verməyə cürət edəcək? Belə bir adam varmı?

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar