Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xamneyinin fətvası, Şeyxülislamın qalmaqallı duası, Ərdoğanın müşavirinin sancması

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin bu günlərdə İranın Ali dini liderinə Qarabağın azad olunmasına “öz fətvası ilə dəstək verdiyi üçün” təşəkkür etməsi qalmaqala səbəb olub. Virtualaz.org qeyd edir ki,  Allahşükür Paşazadə Qurban bayramı münasibətilə “Təzəpir” məscidində namaz qılandan sonra biraz jurnalistlərlə söhbətləşib və belə görünür ki, başına əməlli dərd açmış olub.

Belə ki, şeyx Azərbaycan ordusunun Qarabağı azad etməsində Türkiyə və İranın “böyük zəhməti olduğunu” deyib. “Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xamneyi həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xamneyinin  “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, - Allahşükür Paşazadə bildirib.

Şeyxin bu dəyərləndirməsini sosial şəbəkələrdə çox tənqidi qarşılayıblar, ona İranın müharibə günlərində Ermənistana öz ərazisi üzərindən silah ötürdüyünü xatırladıblar. Lakin bu müzakirələr daha da irəli gedib və sosial şəbəkələrin türk seqmentinə sıçrayıb. Orada Allahşükür Paşazadənin dediklərinə Türkiyə prezidentinin müşaviri Mücahit Küçükyılmaz özünün Twitter-ində kəskin ironiya ilə reaksiya verib:  “Deməli, Xamneyi Ermənistana silah göndərdiyi vaxt Azərbaycana da fətva göndərib. Amma Xamneyinin fətvası Xamneyinin silahını məğlub edib”

Ərdoğanın müşavirinin Allahşükür Paşazadəni bu cür sancması müzakirələri yenidən qızışdırıb, şeyxi yenidən tənqid hədəfinə çevirib. Nəticədə o, dözməyərək müsahibə verməli olub.

“ Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimi olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir. Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar? Məni ittiham edənlər o çıxışıma tam baxsınlar”, - Allahşükür Paşazadə gününsesi.info saytına deyib.

Şeyx Ərdoğanın müşavirinin tvit-indən xəbəri olduğunu da bildirib, Mücahit Küçükyılmazı “dindən xəbəri olmayan adam” adlandırıb.

 “O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Deyir ki, İran Ermənistana raket göndərir.  Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi  Hikmət Hacıyevin çıxışında deyilib ki,   belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb”,-Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri bildirib.

Şeyxə xatırladıblar ki, müharibə zamanı İrandan Ermənistana silah daşıyan yük maşınlarının görüntüləri yayılmışdı. Lakin o, bunları sübut hesab etməyib.

“Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm,  bunu hardan götürmüsən”,-o deyib.

Müxbir daha sonra soruşub:

- Şeyx həzrətləri, zaman-zaman adınızı İranın adamı kimi hallandırıblar. Bu idialara necə yanaşırsınız?

Allahşükür Paşazadə qeyzlənib:

– Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam,  nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfələrlə mən bunu sübut etmişəm , ömrümü  düzgün yaşamışam.  Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər. İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu.

Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır. İranın lap belə səhvi olsa belə, onunla düşmənçilik etməməliyik.  Elə adamlar var. Onlar  maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq.

Şeyx onu da deyib ki, bəziləri Azərbaycan, İran və Türkiyə arasında nifaq salmağa çalışır. Və burada ermənipərəstlərin əli var…

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar