Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xameneinin varisi Müctəba və Məhsa Əminin çadrası

Məhsa Əmininin öldürülməsi dəhşətli hadisədir, ancaq fonda daha ciddi siyasi nüanslar, detallar var...

Kamal Əliyev
Politoloq

Sentyabrın 16-da Tehranda hicabını doğru taxmadıgına görə "əxlaq polisi" tərəfindən fiziki güc tətbiq edilərək öldürülən Məhsa Əmini ətrafında vəziyyət gərginləşir. İran İslam Respublikasının müxtəlif şəhərlərində insanlar rejimin "qara çadra" siyasətinə etiraz edir, ali rəhbər Əli Əkbər Xamaneinin portretlərini yandırır, rejimin bayraqlarına od vururlar. Əlbəttə, Məhsa Əmininin öldürülməsi dəhşətli hadisədir, ancaq fonda daha ciddi siyasi nüanslar, detallar var.

Beləliklə, 33 ildir İranın ali rəhbəri olan 83 yaşlı Xamaneinin səhhətində ciddi problemlər var. Onu da qeyd edək ki,1989-cu ildə vəfat edən İran İslam İnqilabının (1979) lideri Ruhulla Xomeyninin varisi Hüseyn Əli Müntəziri olmalıydı. Lakin 1985-ci ildə Xomeyninin xələfi elan edilən Müntəziri ali rəhbərin bəzi siyasi qərarlarını tənqid etdiyinə görə 1989-cu ildə xələf olmaqdan istefa etmişdi. O zaman İslam Şurasının rəhbəri Əli Əkbər Haşimi Rəfsəncaninin siyasi mühəndisliyi nəticəsində Xamaneinin yolu açılır. Halbuki, Xamanei 1981-1989-cu İllərdə İranın prezidenti idi və onun ali rəhbər olması üçün gərəkli kriteriyalara uyğun olmadıgı məlum idi. Amma yuxarıda vurğuladığım kimi, Rəfsəncani inqilabın atası Ruhulla Xomeyninin ölümündən sonra siyasi rejissorluq edib Xamaneini ali rəhbər seçdirə bilmişdi. Təbii ki, daha sonralar mütləq monarx olan Xamanei Rəfsəncaninin İran prezidenti olmasına şərait yaradaraq necə deyərlər, xəcalətdən çıxmışdı.

Xamenei özünə varis kimi oğlu Müctəbanı görmək istəyir

Müctəbə Xamanei Xamanei ailəsinin ikinci övladıdır, 1961-ci ildə Məşhəddə dünyaya gəlib. Müctəba dini təhsilini Qumda Misbah Yezdidən alıb və daha sonra İranın nüfuzlu dini xadimlərindən olan Qulamrza Xəddad Adilinin qızı ilə evlənib. Ümumiyyətlə, ali rəhbər Xamaneinin övladları publikaya çox tanış deyillər. Müctəba Xamaneinin adını ilk dəfə 2005-ci ildə Mehdi Kərrubinin Əli Əkbər Xamaneiyə yazdığı məktubda görə bilərik. O zaman Mehdi Kərrubi Xamaneiyə yazdığı məktubda şikayət edirdi ki, oğlunuz Müctəba prezidentliyə namizəd Mahmud Əhmədinecadın leyhinə çalışır və kütləvi etirazların qarşısını alanlardandır. Amma bir şey məlum idi ki, 2009-cu ildəki saxtalaşdırılmış prezident seçkilərində Xamanei Musəvi və Kərrubiyə qarşı Əhmədinecadı müdafiə edirdi. Xatırladım ki, Kərrubi və Musəvi hələ də ev həbsindədirlər. Hətta o vaxt Yaşıl Hərəkatın liderlərindən olan Mir Hüseyn Musəvi demişdi ki, Əli Xamanei oğlu Müctəbanı özünə varis hazırlayır.Həmçinin, vikiliks sənədlərində Müctəba Xamaneinin SEPAH-ın Qüds Komandanlığının xaricidəki fəaliyyətlərinı koordinasiya ediyi də yazılmışdı.

Gördüyünüz kimi, Müctəba Xamenei SEPAHA-a yaxın fiqurdur və bu, onun atasından sonra rejimin növbəti absalyut monarxı olması üçün vacib üstünlükdür.Baxmayaraq ki, 88 üzvü olan Qazilər Məclisində başda Sadiq Laricani və Əli Cənnəti kimi ayətullahlar Müctəbanın varis olmasına isti yanaşmırlar, ancaq SEPAH-ın dəstəyi Xamaneinin oğluna yetir.

Yeri gəlmişkən, Qazilər Məclisinin bəzi üzvlərini ali rəhbər, qalanlarını isə Konstitusiyanı Mühafizə Şurası təyin edir. O da doğrudur ki, SEPAH-ın bəzi generalları, İran siyasi elitasının İsfahan mafiasının müəyyən şəxsləri Müctəbanın ali rəhbər olmasına tərəddüd edirlər.

Nəticə olaraq, İran 33 il əvvəlki ölkə deyil,yeni gənc nəsillər formalaşıb və onlar teokratik rejimin təməllərinə hazırda təhlükə törədirlər. İran xalqı azad olmaq istəyir,şiə məzhəbinə, vilayəti-fəqih təliminə söykənən absalyut monarxiyadan qurtulmağa can atır. İran cəmiyyəti etirazını davamlı surətdə genişləndirərsə, Müctəbanın da varis planlarını poza bilər və nəticə etibarilə teokratik rejimi də sekulyar sistemlə əvəz etməkdə çətinlik çəkməz.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar