Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xamenei etirazlardan sonra ilk dəfə ictimaiyyət arasına çıxaraq açıqlama verib

Gənc qız məsələsi olmasaydı, başqa bəhanə tapacaqdılar...

Bir neçə gündür ölüm xəbərləri yayılan İranın ali dini rəhbəri Seyid Əli Xamenei hərbi zabit universitetlərinin buraxılış mərasimindəki çıxışında ölkədəki son hadisələr barədə danışıb.

“Açıq şəkildə deyə bilərəm ki, bu hadisələr ABŞ, Suriya və onun ardıcılları tərəfindən layihələndirilib. Onların əsas problemi güclü, müstəqil və inkişaf etmiş İrandır”, - deyə o, etiraz aksiyaları başlayandan sonra ilk dəfə bu barədə fikirlərini açıqlayıb.

Xamenei onu da deyib ki, baş verənlərdən ən çox təhlükəsizlik qüvvələri, könüllü xalq qüvvələri və İran milləti zərər çəkib.

“Gənc qız baş verən hadisələr zamanı həyatını itirdi, biz də məyus olduq, ancaq araşdırma aparılmadan və sübut olmadan bəzilərinin küçələrə çıxması, Quranı yandırması, məscidləri, camaatın avtomobillərini yararsız hala salması təbii reaksiya deyildi. Təbii ki, bu, planlaşdırılmış xaosdur. Gənc qız məsələsi olmasaydı, başqa bəhanə tapacaqdılar”, - deyə Xamenei bildirib.

O həmçinin xatırladıb:

“Dünyanın çox yerində xaos yaşanır. Belə şeylər vaxtaşırı Avropada, Fransada - Parisdə olur. Bəs görəsən, ABŞ prezidenti, ABŞ-ın Nümayəndələr Palatası nə vaxtsa xaosa səbəb olanları dəstəkləyib və onlar üçün bəyanat veriblər? Keçmişdə sizin yanınızdayıq deyə hansısa mesajı veriblərmi?”

Xamenei həmçinin vurğulayıb ki, amerikalıların təəssüf və kədər jestləri də yalandır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar