Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xalqın iradəsi danışıqlar masasına daşınmalıdır” - Hərbi ekspert

Tovuz döyüşlərindən sonra Azərbaycan-Ermənistan münaqişəsi hansı istiqamətdə inkişaf edəcək?

Hərbi ekspert: “Tovuz döyüşlərində biz siravi əsgərimizdən tutmuş, yüksək rütbəli - general, polkovnik, mayor və gizirlərimizi itirib, şəhidlər vermişik. Buna görə də bu məsələnin davamının gələcəyini düşünürəm”.

Azərbaycan xalqı öz ordusu və hakimiyyəti ilə birlikdə olduğunu, eyni zamanda artıq işğal faktına dözə bilməyəcəyini gecə yarısı küçələrə tökülərək ortaya qoydu. Bu xalqın iradəsi idi və bu iradə danışıqlar masasına daşınmalıdır”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərli Tovuz döyüşlərindən sonra həm cəbhə xəttində, həm də siyasi arenada baş verən səsssizliyin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər başladı. Döyüşlər fasilələrlə bie neçə gün davam etdi. Döyüşlərdə hər iki tərəfin itkiləri oldu. Sonra isə hər iki ölkə atəşkəsin pozulmasında bir-birini günahlandırdı.

Həm Azərbaycanda, həm də Ermənistanda hadisəni təhlil edənlər sərhəddə baş verənləri daha çox siyasi prizmadan qiymətləndirirlər. Lakin Tovuz döyüşlərinin səngiməsindən sonra həm cəbhə xəttində, həm də siyasi arenada səsssizlik yaranıb. Beynəlxalq təşkilatlar belə Tovuz döyüşlərində bitərəf mövqe tutmağa və susmağa üstünlük verirlər.

Ümumilikdə Tovuz döyüşlərinin yaratdığı hərbi və siyasi şəraiti necə dəyərləndirmək olar və sərhəddə baş verənlər hər iki tərəf üçün hansı strateji, psixoloji dəyişikliklərə səbəb oldu?Həmçinin Ermənistanın baş naziri Minskdə danışıqlara alternativin olmadığını bəyan edib. Tovuz döyüşlərinin danışıqlara təsiri barədə nə demək mümkündür və yaxın zamanda tərəflərin masaya oturmasını mümükün hesab etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Tovuz istiqamətində baş verənlər Qarabağ danışıqlarının tez bir zamanda hərəkətə gəlməsinə şərait yaradacaq”.

İndi hamının Ermənistanın məkirli, xain siyasətini anladığını düşünən ekspert PİA.az-a açıqlamasında bildirib ki, Ermənistanın müttəfiqləri belə digər mölkələri də çox çıxılmaz vəziyyətə qoyduğunu başa düşürlər:

“Hesabat edirəm ki, bizim bu baş verənlərdən müəyyən gözləntilərimiz olmalıdır. Yəni həm Azərbaycan ordusu, həm də Azərbaycan vətəndaşları bütün dünyaya bir daha Qarabağ probleminin həll olunmasının vacibliyini bəyan etdilər. Ermənistanın işğalçılıq siyasətini, bu siyasətin arxasında gizlənilən məkrli planlar bir daha bütün dünyanın diqqətinə çatdırıldı. Bu nöqteyi-nəzərdən biz bunun davamını gətirməliyik. Bildiyimiz kimi Azərbaycanın yeni xarici işlər nazir var. Yeni xarici işlər naziri diplomatiya cəbhəsində işlərini gücləndirməlidir və prossesin ədalət çərçivəsində həlli üçün platforma formalaşdırmalıdır. 

Biz bundan sonra xarici siyasətimizi beynəlxalq qurumların, böyük dövlətlərin hansısa xahişi, minnəti və hətta şantajları üzərində deyil, milli maraqlarımız çərçivəsində formalaşdırmalıyıq və daha sərt, daha tələbkar formada beynəlxalq qurumlardan münaqişənin həllini tələb etməliyik.
Ümid edirəm ki, nəhayət ATƏT-in Minsk qrupu, o cümlədən həmsədr ölkələr də Azərbaycanın mövqeyini başa düşdülər. Azərbaycan xalqı öz ordusu və hakimiyyəti ilə birlikdə olduğunu, eyni zamanda artıq işğal faktına dözə bilməyəcəyini gecə yarısı küçələrə tökülərək ortaya qoydu. Bu xalqın iradəsi idi və bu iradə danışıqlar masasına daşınmalıdır.

Ermənilərin məqsədləri başqa idi və onlar həmin məqsədə çatmadılar. Nikol Paşinyanın Minskdə keçirilən tədbirdə çılız, yazıq, bədbəxt durumdaydı. O, danışıqların alternativi olmadığını bildirəndə isə nə qədər ikiüzlü olduğunu ortaya qoymuş oldu. Çünki hamı bilir ki, danışıqlardan qaçan və danışıqları manipulyasiya edərək sülhdən qaçan məhz Ermənistandır və bu uzun illərdir ki, davam edir. İndi hamı Ermənistanın məkirli, xain siyasətini anlayır. Hətta Ermənistanın Avrasiya İqtisadi Birliyindəki müttəfiqləri belə başa düşürlər ki, Paşinyan höküməti, ümumilikdə erməni siyasəti onları da çox çıxılmaz vəziyyətdə qoyur.

Üzeyir Cəfərli: “ATƏT çalışacaq ki, danışıqlar getsin və yenə boş bəyanatlarını versinlər. Amma nə qədər danışıqlar aparmaq olar?”.

Qeyd edim ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanla bir yerdə olan Qazaxıstan, Belarusiya heç vaxt Azərbaycanla mümasinətlərimin korlanmasına istəməzlər və buna heç vaxt getməzlər. Çünki Belarusun ən ağır dövründə Azərbaycan belarus xalqına təmannasız yardım edib, kömək göstərib. Buna görə də Belarusun Ermənistana hər hansı dəstək verəcəyini gözləmirəm. Həmçinin də Qazaxıstan Xəzər dənizi vasitəsilə ilə Azərbaycanıa həm qonşu dövləydir, həm də Azərbaycana isti münasibəti olan ölkədir.

Bütün bunlara görə hesab edirəm ki, biz bu məsələdə heç nədən çəkinməməliyik. Həm diplomatiya sahəsində səylərimizi gücləndirməliyik, həm də düşünürəm ki, bundan sonra fərqli mənzərənin şahidi olacağıq. Çünki Tovuz döyüşlərində biz siravi əsgərimizdən tutmuş, yüksək rütbəli - general, polkovnik, mayor və gizirlərimizi itirimişik, şəhidlər vermişik. Buna görə də bu məsələnin davamının gələcəyini düşünürəm. Məsələnin davamının hansı formad olacağını ölkənin siyasi rəhbərliyi daha yaxşı bilir.

Onun da qeyd edim ki, Tovuz istiqamətində baş verənlər Qarabağ danışıqlarının tez bir zamanda yenidən bərpa olunmasına şərait yaradacaq. Azərbaycan 2016-cı ildə beynəlxalq qurumların ilk növbədə də Rusiyanın sözünə inanaraq Ermənistanla danışıqlar nasasına yenidə otursa da, nə vasitəçilər, nə də Ermənistan öz öhdəliklərini yerinə yetirmədi və verilən sözlər tutulmadı. Amma üstündən 4 ildən çox vaxt keçəndən sonra ortada olan mənzərə onu deməyə əsas verir ki, bu dövlətlər bəzi məsələlərdə çox qeyri-səmimidirlər. Həmin dövlətlər Azərbaycanın sülhsevərliyindən istifadə edirlər. Biz buna əsla yol verə bilmərik və inşallah yol verməyəcəyik.

ATƏT çalışacaq ki, danışıqlar getsin və yenə boş bəyanatlarını versinlər. Amma nə qədər danışıqlar aparmaq olar? İşğalçının başa düşəcəyi bir dil var, o da gücdür və gücümüz də var. Şükürlər olsun ki, bu gün Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdədir. Biz bundan sonra nəyi müzakirə etməliyik? Buna görə də mən əslində danışıqların əleyhinəyəm. Danışıqlar o vaxt effektli olacaq ki, bi hərbi üstünlüyümüzü ortaya qoyaq. Yalnız hərbi məğlubiyyət Ermənistanı danışıqları manipulyasiya etməkdən vaz keçirə bilər.

Üzeyir Cəfərli: “Ermənistan düşünür ki,Qarabağa müstəqillik veriləcək. Amma bu tarix boyu mümkün olmayacaq”.

Ermənistan danışıqlar adı altında 30 ilə yaxındır ki, vaxt udur, işğa edilmiş ərazilərdə infrastrukturlar yaradır. İndi də yeni bir sevdaya düşüblər. Ermənistan düşünür ki,Qarabağa müstəqillik veriləcək. Amma bu tarix boyu mümkün olmayacaq. Çünki Azərbaycan prezidenti və xalqı hər zaman deyir ki, biz öz ərazimizdə ikinci bir Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Nəyin bahasına olursa-olsun biz öz ərazi bütövlüyümüzü təmin edəcəyik.

Sözsüz müharibədə itkilər, dağıntılar olacaq. Bu müharibədir və Azərbaycan müharibəyə hazır vəziyyətdədir. Gənclərimizin, insanlarımızın əhval-ruhiyyəsi göz qabağındadır. Buna görə də biz heç nədən çəkinmədən bu məsələdə qətiyyən göstərməliyik. Bu qətiyyət də bu gün Azərbaycan xalqında var”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar