Xalq artisti, aktyor Kazım Abdullayevə ağır itki üz verib.
Bu barədə Akademik Milli Dram Teatrının feisbuk səhifəsində məlumat verilib.
Başsağlığında deyilir:
“Teatrımızın aparıcı səhnə ustası, Xalq artisti Kazım Abdullayevin bacısı Rədilə xanım Ənvər qızı dünyasını dəyişib.
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və kollektivimizin adından Kazım Abdullayevə və onun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.
Ruhu şad olsun!”
pia.az