Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəməyə gəlməyib.

Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.

Növbəti proses dekrabrın 7-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

20 yanvarda sovet ordusunuBakıya Rəsulzadə çağırıb? - Özü "yalandır" deyir, amma...

Nikol Paşinyan 20 Yanvar Şəhidlərini belə yad etmişdi - Video

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

"Yolverilməz və ləyaqətsiz adamdır..." - "Ramiz Mehdiyev intellektual səviyyədə deyil..."

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanını müavin təyin etdi - Foto

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

“Bakımız sanki diri-diri yandırılmışdı”: 20 Yanvar faciəsinin şahidi ilə müsahibə

“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - Video

Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb

Türkiyənin Ukrayna məsələsindəki mövqeyi hara doğru dəyişir?

Ən çox oxunanalar