Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Putin Co Baydenlə görüşdə müzakirə olunacaq əsas məsələni açıqlayıb

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə iyun ayının 16-da Cenevrə şəhərində keçiriləcək görüşdə müzakirə olunacaq ən vacib məsələni açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya lideri bununla bağlı düşüncələrini yerli “Rossiya 1” kanalına verdiyi müsahibədə söyləyib.

Kremlin sahibinin sözlərinə görə iki ölkə arasında müzakirələrin əsas mövzusu kibertəhlükəsizliyin təmin edilməsi üzərində olacaq.

Bundan başqa RF prezidenti rəsmi Moskvanın kibercinayətkarları ABŞ-a təhvil verə biləcəyini söyləyib. Lakin onun fikrincə bütün bunlar qarşılıqlı surətdə həyata keçirilməlidir.

Vladimir Putin prezident Co Baydenin Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında sazişin (SSM-3) müddətinin uzadılması barədə qərarını alqışladığını bildirib və bunu yüksək peşəkarlığın göstəricisi adlandırıb.

Rusiya liderinin fikrincə, bununla bağlı qərar Vaşinqton tərəfindən təsadüfi deyil, situasiyanın peşəkar təhlili nəticəsində qəbul olunub. (Musavat.com)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar