Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virusdan sağalanlara arayış hansı şərtlə verilir?

Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib...

COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir.

Testdən keçirilmə üçün xəstənin simptomlarının başlanıldığı gündən minimum 14 gün keçməli, 3 gün isə simptomsuz olmalıdır. Bu dövr bitdikdə xəstə ərazi üzrə poliklinikaya müraciət etməlidir.

Onun sözlərinə görə, vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:

“Vətəndaş bu arayışla işə çıxa bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, həmin arayış yalnız verildiyi gün üçün etibarlı hesab edilir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar