Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vilayət Eyvazov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb

Mayın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir Vilayət Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sferasının da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib.

İki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran Vilayət Eyvazov rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv olaraq inkişafına daim önəm verdiyini bildirib. O, bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığını nəzərə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Seyfullah Hacımüftüoğlu iki ölkənin müvafiq qurumları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının nümayəndələri iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri

DSX əsgərinin intiharına görə komandirə ağır cəza verildi

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - Fotosənəd

Azərbaycan sosial dövlət anlayışından çıxır? - Zahid Orucdan şərh

“Barselona”nın sabiq vitse-prezidenti: “Azərbaycana futbolun baza strukturu lazımdır” 

“Moskva da, Brüsel də istəyir ki, münaqişə oçağı qalsın” 

Ən çox oxunanalar