Şənbə, 10 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsində aviasiyanın mühafizəsi üçün tətbiq edilən yeni üsul və fəndlər açıqlanıb

Vətən müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiyanın düşmənin zərbələrindən mühafizəsi üçün tətbiq edilən yeni üsul və fəndlər açıqlanıb.

PİA.az xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O xatırladıb ki, Ermənistan ordusuna məxsus hava hücumundan müdafiə və radioelektron mübarizə qüvvə və vasitələrinin Azərbaycana məxsus PUA-ları aşkar edib sıradan çıxara bilməsi ehtimalına görə müharibənin başlanğıcında onlar məhv edilməli idi: "Azərbaycan Ordusu həmin vəziyyətdə çox yüksək bacarıq nümayiş etdirdi. Əməliyyatdan öncə düşmənin kifayət qədər güclü və dayanıqlı HHM sistemi mövcud idi. Düşmənin ön xətdə HHM sistemini, modernizə edilmiş "OSA" və ən yeni "Tor-M2k" zenit-raket kompleksləri təşkil edirdi. Düşmən tam əmin idi ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyası sovet dönəmində olan taktika tətbiq edəcək, aşağı, ən aşağı hündürlüklərdə fəaliyyət göstərəcək və HHM atəş zonasına daxil olarkən aviasiya vasitələri məhv ediləcək. Həmin taktika tətbiq olunsaydı, müharibənin ikinci günündə aviasiya böyük itkilərə məruz qalardı. Məhz buna görə düşmənə qarşı fəaliyyətlərdə yeni üsul və fəndlərin tətbiq edilməsi ən vacib tapşırıqlardan oldu".

General-leytenant vurğulayıb ki, düşmənin HHM sistemlərinin yerini aşkarlamaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri dünya hərbi ekspertlərini heyrətləndirən bir metoddan istifadə edib: "Belə ki, kənd təsərrüfatında istifadə olunan 1947-ci il istehsallı sovet AN-2 təyyarələri, kabinəsinə xüsusi avadanlıq quraşdırılaraq pilotsuz uçurdulur, onu aşkar edən düşmən isə müasir PUA hesab edərək dərhal HHM sistemləri ilə onları vurmağa çalışdı və beləliklə, öz mövqeyini bildirdi. Azərbaycana məxsus dronlar düşmənin aşkar olunan HHM sistemlərini yerindəcə sıradan çıxardırdı. Bundan sonra, Azərbaycan Silahlı Qüvvələrinin PUA-ları Qarabağ hava məkanına daha təhlükəsiz daxil olaraq düşmənə məxsus zirehli texnika və artilleriya vasitələrini məhv etməyə başladı".

Bundan əlavə, H.Piriyev söyləyib ki, yeni texnoloji imkanları ilə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktika da öz unikallığına görə hərbi ekspert və tədqiqatçıların diqqətini cəlb edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun hücumu təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələrinə əsaslanırdı: "Bu taktika Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib vilayətində tətbiq etdiyi taktikaya bənzəsə də, miqyasına, aparıldığı relyef formasına və düşmənin hərbi potensialına görə çox fərqlənirdi. Çünki Qarabağda müharibə təxminən 200 kilometrlik bir cəbhədə aparılırdı, relyef forması həddindən artıq mürəkkəb idi. Müharibənin fundamental şərti hesab olunan ərazinin tutulmasında və orada möhkəmlənmədə quru qoşunları vacib rol oynayır - əsgər ayağı dəyməyən yer tutulmuş hesab olunmur. İkinci Qarabağ müharibəsi göstərdi ki, PUA-lara artan tələbatın fonunda digər silahlar (texnikalar) və yüksək hazırlıqlı quru qoşunları müasir müharibələrdə düşmənin məhv edilməsində müstəsna rol oynayır".

pia.az 


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kamran Əliyev Nazim Zeynalovu vəzifəsindən azad etdi

Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə cərimə

DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - Foto

İranlı sünni din xadimi qaçırılaraq öldürüldü

Məsud Özildən Ronaldo barədə qalmaqallı paylaşım

Goranboyda Mərkəzi Xəstəxananın rəhbəri vətəndaşı vurub - Video

Çuxçe ölkəsinin qızı: Kim Çen Inın “qiymətli övladı” haqqında nə məlumdur…

Bakıda hərbi xidmətdəki oğlu ilə telefonla danışan qadını keçmiş əri öldürdü - Təfərrüat

"Çamadanla yolun qırağında qalmışdın” - Rəqsanə ilə Damla arasında qalmaqal

Ən çox oxunanalar