Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi şəhidi Əkbər Məsimov Ağdaşda dəfn edilib - Foto, Yenilənib

Vətən müharibəsində şəhid olan Əkbər Məsimov anadan olduğu Ağdaş rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon İcra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər, gənclər iştirak edib.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!”, "Ən böyük əsgər, bizim əsgər!" şüarları səsləndirilib.

Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

O, ötən il mayın 10-da nişanlanıb. Oktyabrın 5-də toy etməyə hazırlaşırmış. Sonuncu dəfə sentyabrın 27-də ailə üzvləri ilə əlaqə saxlayıb, döyüşə yollandığını bildirib. Həmin gündən sonra ailə üzvləri onunla əlaqə saxlaya bilməyiblər. Əkbər Məsimov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Hərbi Prokurorluğun bu gün yaydığı məlumata görə, Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Fotolar

***

Vətən müharibəsinin şəhidi Əkbər Məsimovla anadan olduğu Ağdaş rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kəndinə, yaşadığı evə gətirilib.

Şəhid hərbçi Qaradeyn kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyn kəndində anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əkbər Məsimov Vətən müharibəsində Murovdağ istiqamətində itkin düşüb.

Hərbi Prokurorluğun bu gün yaydığı məlumata görə, Məsimov Əkbər Yunis oğlunun nəşi tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Fotolar

***

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Məsimov Əkbər Yunis oğlu bu gün dəfn olunacaq.

Ə.Məsimovun nəşi günün ikinci yarısında Ağdaş rayonunun Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.(report)

Ə.Məsimov subay idi.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar