Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkil FHN əməkdaşlarından danışdı: "Könüllü olub, o razı, bu razı..."

Tanınmış vəkil Adəm Məmmədov görüntüləri yayılan FHN əməkdaşları ilə bağlı məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib.

A.Məmmədov Pravda.az-a açıqlamasında bildirib ki, polkovnik Zaur Mirzəyevin öz-özünü kameraya çəkdiyi görüntülərdən tam dəqiq aydın olur: “Yalnız araşdırmadan sonra müəyyən oluna bilər ki, zabit şərəfinə yaraşmayan hərəkətə yol verən bu şəxs həmin videolardan hansı niyyətlə istifadə edib. Həmin xanımları şantaja məruz qoyubmu? Məqsədi, niyyəti nədən ibarət olub? Bütün bunlar araşdırılmalıdır. Hərbi forma daşıyan, polkovnik rütbəsində olan bir şəxsin hərəkəti, əlbəttə, nazirliyin imicinə xələl gətirir. Təsəvvür edin, bu şəxsin özünün ailəsi, yaxınları var, həmçinin videolardakı qadınların... Bu görüntülərin yayılması böyük bir skandala, cinayətə də yol aça bilər. Hər bir halda videonu çəkən polkovnikin özüdür. Könüllü olub, o razı, bu razı...”

Vəkil deyib ki, videonu yayan şəxs qarşı tərəfi şantaj etməyibsə, pul istəməyibsə, heç bir cinayət məsuliyyəti daşımır: “Şəxsi həyata müdaxilə məsələsinə gəlincə, bu, artıq şəxsi münasibət, ya da şəxsi həyatlıq bir məsələ deyil. Polkovnik rütbəsində olan şəxs xidmət etdiyi dövlətə aid binada belə bir hərəkətə yol verib. Burada cinayət məsuliyyəti yoxdur, intizam məsuliyyəti var. Xidmət tərəfindən araşdırılma aparılmalı və həmin polkovnik xidmətdən xaric edilməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar