Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vatikanda böyük korrupsiya qalmaqalı: 350 milyon avro necə yeyilib? - Tarixi məhkəmə

Katolik dünyasının mərkəzi olan Vatikanda daha bir korrupsiya qalmaqalı başlayıb.

Yenicag.az Odatv.com-a istinadən xəbər verir ki, Vatikan tarixində ilk dəfə olaraq, bir kardinalın da cəlb edildiyi tarixi korrupsiya ittihamı əsasında məhkəmə prosesi başlayıb.

Ümumilikdə 10 nəfərin cəlb edildiyi məhkəmədə korrupsiya sayəsində “əridilən” 350 milyon avronun kimlər tərəfindən və necə mənimsənildiyi araşdırılacaq. Maraqlıdır ki, İtaliya mediası bu məhkəmə prosesini “Vatikanın “Təmiz əlləri”” adlandırıb.

Məlumata görə, korrupsiya qalmaqalının mərkəzində 2013-cü ildə Vatikan Dövlət Katibliyi vasitəsilə həyata keçirilən satınalma əməliyyatı dayanır. Müttəhimlər Londonda lüks bir binanın satın alınması və oranın restavrasiyası zamanı külli miqdarda yeyintiyə yol verərək, səlahiyyətlərindən sui-istifadədə suçlanırlar.

Qeyd olunur ki, bu 350 milyonluq əməliyyat Vatikanı 73-166 milyon avro zərərə salıb. Həmin pulların böyük hissəsini isə dünya kotoliklərindən qəbul olunan ianələr təşkil edib.

Müttəhimlər arasındakı əsas vəzifəli fiqur isə Vatikanda yüksək postlar tutmuş kardinal Anjelo Beççiudur. 73 yaşlı Beççiu 2011-2018-ci illər arasında Vatikanın dövlət katibinin vəkili vəzifəsini tutub. O, 2018-ci ildən etibarən, “müqəddəs”lik adı verən quruma rəhbərlik edirdi.

Korrupsiya qalmaqalı yaranandan sonra Roma Papası Fransisk onu vəzifəsindən çıxararaq, kardinal titulundan məhrum edib. Beççiu Vatikan tarixində maliyyə pozuntularına görə məhkəməyə çıxarılan ilk kardinaldır.

Məhkəmədə Beççiudan başqa Vatikanın Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə İdarəsinin keçmiş rəisləri Rene Brülhart və Tommaso Di Ruzza, Vatikanın investisiya məsələləri üzrə sabiq məsul şəxsi Enriko Krasso da müttəhimlər kürsüsündə yer alacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

“Bilirəm kimlər fəxri adları pulla alıb...” – Əli Mirəliyev

Kriminal dünyada yeni savaş: “Lotu Quli”nin qisası alınır?

8 günə 50 min almanı öldürən müttəfiqlər – II dünya müharibəsinin daha bir qanlı səhifəsi

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Ən çox oxunanalar