ABŞ Səhiyyə Nazirliyinin binasına bomba qoyulması təhlükəsi ilə bağlı ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb. Bu barədə TASS xəbər verir.
Qeyd edək ki, oktyabrın 20-də Əmək Nazirliyinin binasında da bomba təhlükəsi xəbərləri ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə küçəni bağlayıb. Polis Federal Təhlükəsizlik Xidməti ilə birlikdə şübhəli paketə görə yoxlama aparıb.
Daha sonra Kapitol polisi partlayış təhlükəsinin olmadığını bildirib.
pia.az