Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir - Video

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün növbəti təbliğat kampaniyasını həyata keçirir.

“Birimiz hamımız üçün peyvənd olunaq” şüarı altında həyata keçirilən təbliğat kampaniyası “Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq” şüarının davamı olmaqla yanaşı, vaksinasiyanın yaxınlarımızı və təmasda olduğumuz hər kəsi qorumağın əsas yolu olduğunu göstərir.

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında darıxdığımız həyatı qaytarmağa dəstək olan şəxslərə minnətdarlıq edilir, COVID-19 pandemiyasından xilas olmağın yeganə yolunun vaksinasiya olduğu əks olunur.

Kampaniya çərçivəsində işıq üzü görən videoçarx vaksin olunan şəxslərə “təşəkkür” xarakterlidir. Yanvar ayından etibarən başlayan və hazırda da davam edən vaksinlənmə prosesi nəticəsində bağlı olan əksər iş yerləri açılıb və iş saatları normaya qayıdıb.

Əsas mesaj isə ondan ibarətdir ki, peyvənd olunmaq şəxsi yox, cəmiyyət ilə bağlı verilən qərardır. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: “Birimiz hamımız üçün peyvənd olunaq”.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar