Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Nazirlər Kabinetinin vaksin olunmayan şəxslərin ticarət obyektlərinə və restoranlara buraxılmaması ilə bağlı qərarı Azərbaycan konstitutsiyasına nə qədər uyğundur?..

Əhməd Qəşəmoğlu: “Hökumətin vaksin olunmayan şəxslərə qarşı qəbul etdiyi yeni qadağalar vaksinin könüllü olmasına ziddir”.

Ələsgər Məmmədli: “Azərbaycanda vətəndaş üçün məcburi vaksinasiya ilə bağlı bir hüquqi öhdəlik yoxdur”.

Hökumət bir tərəfdən deyir ki, vaksinləşmə könüllüdür, bir tərəfdən isə vaksin olunmayan şəxslərə qarşı yeni qadağaların tətbiqi ilə bağlı qərarlar qəbul edir. Dünən qəbul edilən qərar əsasən sentyabrın 1-dən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək. Eyni zamanda tələbələrin də vaksinləşməsi məcburi elan olundu.

Hökumətin bu qərarı vaksinləşmənin könüllülyü olmasına zidd deyilmi? Ümumiyyətlə bu qərarlara Azərbaycan konstitutsiyasına nə qədər uyğundur?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlu və hüquqşünas Ələsgər Məmmədliyə müzakirə edib.

Əhməd Qəşəmoğlu: “Vaksinlər bağlı qəbul edilən qərarlar əhalinin böyük hissəsi üçün gözlənilməz oldu. Çünki vaksinin əvvəldən könüllü olduğu deyilmişdi”.

Vaxtında xəstəliyin qarşısını ala bilmədikləri üçün indi məcbur qalıb sərt qaydalara əl atdıqlarını vurğulayan sosioloq PİA.az-a bildirib ki, Nazirlər Kabinetinin dünən qəbul etdiyi qərarlar ümumi könüllülük prinsipinə uyğun gəlmir:

“Hökumətin vaksin olunmayan şəxslərə qarşı qəbul etdiyi yeni qadağalar vaksinin könüllü olmasına ziddir. Vaksinlər bağlı qəbul edilən qərarlar əhalinin böyük hissəsi üçün gözlənilməz oldu. Çünki vaksinin əvvəldən könüllü olduğu deyilmişdi.

Sadəcə olaraq işi elə qurmaq lazım idi ki, koronavirusun qarşısı başqa metodlarla alınsın. Məsələn ölkədə əhalinin düzgün maarifləndirilməsi və başqa tədbirlər düzgün həyata keçirilmədi. İndi isə belə rahat yolla, yəni vaksinin könüllü deyib, amma məcbur edilməsi düzgün deyil. Vaxtında xəstəliyin qarşısını ala bilmədikləri üçün indi məcbur qalıb sərt qaydalara əl atırlar. Bu da ümumi könüllülük prinsipinə uyğun gəlmir”.

Ələsgər Məmmədli: “Əgər vaksinləşmə icbari, məcburi deyilsə, heç bir qanun da bunu məcbur etmirsə, istər Nazirlər Kabineti, istərsə də Operativ Qərargah olsun, özbaşına, qanunla təsbit olunmayan öhdəliyi vətəndaşın üzərinə qoya bilməz”.

Nazirlər Kabinetinin vaksin olunmayan şəxslərin ticarət obyektlərinə və restoranlara buraxılmaması ilə bağlı qərarının Azərbaycan konstitutsiyasına nə qədər uyğun olub-olmaması ilə bağlı hüquqşünas Ələsgər Məmmədli isə PİA.az-a açıqlamasında qeyd edib ki, vaksin olunmayanların əsas hüquqlarını məhdudlaşdırmaq, harasa girişinə qadağa qoymaq, legitim məqsəd daşımayan məhdudiyyətdir və nə mövcud konstitusiyaya, nə də mövcud qanunvericiliyə görə yolverilməz hal kimi qəbul edilməlidir:

“Ümumiyyələ Azərbaycanda vətəndaş üçün məcburi vaksinasiya ilə bağlı bir hüquqi öhdəlik yoxdur. Bu baxımdan da əgər vaksinləşmə icbari, məcburi deyilsə, heç bir qanun da bunu məcbur etmirsə, istər Nazirlər Kabineti, istərsə də Operativ Qərargah olsun özbaşına, qanunda olmayan öhdəliyi vətəndaşın üzərinə qoya bilməz.

Sözsüz ki, pandemiya şəraitində vaksin vətəndaşlara tövsiyə edilə bilər. Bildiyimiz kimi vaksin ölkədə istehsal olunmadığına görə xaricdən gəlir. Bu templə də insanlar vaksin olunur. Vaksin olunmayanların əsas hüquqlarını məhdudlaşdırmaq, harasa girişinə qadağa qoymaq, legitim məqsəd daşımayan məhdudiyyətdir və nə mövcud konstitusiyaya, nə də mövcud qanunvericiliyə uyğun hal kimi qəbul edilə bilməz. Bu nə mövcud konstitusiyaya, nə də mövcud qanunvericiliyə uyğun deyil və yolverilməzdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar