Çərşənbə axşamı, 18 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vahid Ələkbərovun bankı müştərisinin 50 manatına qalıb?.. - Video

“Yelo Bank” öz müştərilərinin pulunu “yeyir”?...

Adı zaman zaman müxtəlif qalmaqallarda və “xortumlama” əməliyyatlarında hallanan, RusiyaAzərbaycan əsilli neft maqnatı Vahid Ələkbərova mənsub olan “Yelo Bank”ın adı növbəti qalmaqalda hallanıb. Sosial şəbəkə istifadəçisi Сабир Ахмедов adlı istifadəçi bildirir ki, bank onun başqa karta köçürmək istədiyi 50 manat pulu mənimsəyib.

Şikayətçinin yazdığına görə noyabr ayının 25-də öz kartları arasında 50 manat köçürmə edib. Amma köçürmə 4 gün icraatda qalsa da, həmin vəsait müştərinin digər karına köçməyib. “Yelo Bank”ın müştəriyə yolladığı mesajda bildirilib ki, əməliyyat uğursuz olub. Lakin “Yelo Bank” müştərinin pulunu da geri qaytarmır. Bankdan bildiriblər ki, həmin vaxt müştərinin balansında o qədər pul olmayıb. Müştəri haqlı olaraq sual edir ki, əgər kartdan pul cixilmayibsa, onda niyə “cashback” qaytarırsınız?

Müştəri bankın filialına qədər gedib və hesabının yoxlanılmasını istəyib. Filialın əməkdaşları bildiriblər ki, həqiqətən də hesabdan 50 manat çıxıb və həmin vəsait aidiyyatı üzrə ünvana köçməyib. Lakin baş ofis filialın bu təsbitini qəbul etməyib və müştəriyə bildirilib ki, əməliyyat olan vaxt həmin kartda pul olmayıb.

Fotolar

Doğrudan da gülünc vəziyyətdir. Vahid Ələkbərov kimi dünya milyarderləri arasında ilk 100-lükdə yer alan bir neft maqnatının bankının isə öz müştərisi ilə bu şəkildə davranması ayrıva gülünc və xəcalətverici hadisədir.

Qeyd edək ki, daha əvvəl “Nikoil bank” kimi fəaliyyət göstərən “Yelo Bank”ın adı bu günə qədər bir çox qalmaqallarda hallahıb və bank ziyanla işləyir. Bankın ziyanla işləməsinin səbəbi isə rəhbərliyin bankın pullarını mənimsəməsi əlaqəli olduğu bildirilir. Vahid Ələkbərova məxsus bankın talan olunması hələ 2005-ci ildən başlayıb. Əvvəlki "Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunmuşdu. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş V.Xamaza Azərbaycanı tərk edib. Federal və beynəlxalq cinayət axtarışına verilən Xamaza 2018-ci ilin sentyabr ayında Moskva şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bankın idarə heyyətinin hazırkı sədri Nikoloz Şurqaia banka təyin olunduğu ildən bu günə qədər əvvəlki "Nikoil Bank” hazırki "Yelo Bank”ın rüblük və illik hesabatları yekunu zərərlə başa vurub. Sabiq sədrin təyin olunduğu illə 2020-ci ilin sonunu müqayisə etsək, görərik ki, "Yelo Bank” 45 milyon 381 min manat zərər edib. (Replika TV)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

Prezidenti tanımadığını bəyan etdiyinə görə Naxçıvanda xidməti maşınla mükafatlandırılan polis mayoru kimdir?

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

General Musayev: "Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən..."

Məşhur aktyorla eşq yaşadı, dostunun ailəsini dağıtdı - “Tütək səsi”nin Sayalısı

Üç istiqamətdən hücum gözlənilir - Sərhəd yaxınlığında səhra hospitalları da qurulub

“Nazarbayevin ailəsi və pulları hələ öz sözünü deyəcək”

1 gündə 5 tenderdə qalib gələn şirkət: Sabunçu RİH-in müəmmalı işləri - Fotofaktlar

Azərbaycanda polis generalı təqaüdə göndərilib

Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu - Yenilənib, Video

"Manat “tam üzən məzənnə”yə keçəcək" - Vahid Əhmədov

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay