Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...

Onu düşünürəm- öz istedadına, içindən başlanan YOLa özünün belə əli çatmayan Aydın Canıyevi - günəşin yaddaşındakı AĞ RƏNGLİ ÇOVĞUNu! Eləcə gözlərimin önündən əlləri alqana boyanmış qapı şəkili gəlib keçir. Bəli, illərdir yalquzaq bir ömrün üzünə çırpılan qapı şəkli!

...Aydın Canıyev canavar dişləri ilə dilənçi ovucları arasında daim öz taleyini yaratdı. Yaratdı və bütün ağrı-acıların səngərində özünün qərib düşmüş üzünü qorumağı bacardı. O, ömür boyu həmin taleyi eləcə Tanrıya, Vətənə...və bu məmləkətdə ayaqyalın körpənin yuvasız ayağlarının soyuqluğuna öyrəşdirdi. Məhz buradan başladı qələminin qış fəsli, şum yeri...

...Bu illər ərzində Aydın Canıyev İSTEDADının, İMZAsının, ƏMƏYinin dəyəri verildimi? Bəlkə Aydın Canıyevi ona verilən evdən, öz isti yuvasından götürüb həbsə apardılar. Ya bəlkə sənət Aydın Canıyev üçün bir ömür "yarınmaq körpüsü", "hiylə meydanı" oldu. Təbii ki, yox! Belə olduğu halda bütün həbsxanalara aydınlıqdan utanmaqdan başqa nəsə qalmır. Heç Aydın Canıyev də!

...Ona cəza, həbs istəməzdən öncə onun haqqını istəmək lazım idi. Tanrı qədər böyük, danılmaz...və şəriksiz haqqını!
Həbsini istədiyin ADAMın bir gün HAQQını istəməmisənsə...istəməyəcəksənsə sən bir başqa çoxizahlı "Allahsız"san, insan oğlu! İllah da o ADAM Aydın Canıyev ola, o haqq Aydın Canıyevin HAQQı ola...

Yoxsa, unutmuşuqmu?! (Hərçənd ki, bir çoxunun "çörəyi" qan gölündə unutmaqdan çıxır!). Axı, o həmin Aydın Canıyevdir ki, bu məmləkətin SÖZünün...dar ağacından çıxıb getməyə yol axtaran müasir JURNALİSTİKAsının...künclərə qısılan HƏQİQƏTLƏRinin üstündə SƏS HAQQI...SƏNƏT HAQQI...ÖMÜR HAQQI...QƏLƏM HAQQI...var! Axı, o həmin Aydın Canıyevdir ki, qəbrə dönən ATA, gözü yollarla doğmalaşan ANA, bəxtindən didərgin düşmüş YOLDAŞ, ÖVLAD...sevgisindən, arzusundan, istəyindən (hətta üzündən!) imtina edib bu Vətənin iztirablarının, alnındakı qırışların cəbhəsində dayandı. Dayandı və qaranlıqlara külüng qaldırdı, nişan alınası ürək göstərdi! Məgər, o iztirabların, qaranlıqların zaman-zaman Aydın Canıyevin ömrünə necə divan tutduğunun şahidi olmadıqmı?! Əlbəttə olduq! Həm də kimimiz gözümüzlə, kimimiz kürəyimizlə şahidi olduq! Bəli, kürəyimizlə! Aydın Canıyev MÜCADİLƏsinə, İSTEDAD YOLUna...kürək çevirənlər də az olmadı!..az deyil!..və bu gedişlə heç az olmayacaq da!..

...Qoy, darıxmasın günəşin yaddaşındakı AĞ RƏNGLİ ÇOVĞUN - azadlığın Aydın Canıyev üzü! O günə az qalıb. Gələcək!..İçində Aydın Canıyevin dərviş əlləri...və bir də xatirələrə söykənən bir həbsxana!

Emil Rasimoğlu
2 fevral...Bakı şəhəri...2023-cü il

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar