Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Uzun iş saatlarından qaynaqlanan ölüm halları artmaqdadır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uzun iş saatlarının hər il yüz minlərlə insanın ölümünə səbəb olduğunu, koronavirus pandemiyasının bunu daha da gücləndirdiyini bildirib.

APA-nın DW-ya istinadən verdiyi xəbərə görə, daha uzun iş saatlarının ölümə səbəb olmasına dair ilk qlobal araşdırma "Environment International" jurnalında dərc olunub.

Tədqiqata görə, 2016-cı ildə 745 000 nəfəruzun iş saatları ilə əlaqəli yaranan insult və ürək xəstəliklərindən ölüb və bu rəqəm 2000-ci ilə nisbətən təxminən 30% artıb.

Araşdırmanın nəticəsinə görə, iş saatı çox olan insanların sayı artmaqdadır və hazırda bu ümumi qlobal əhalinin 9%-ni təşkil edir.

ÜST və Beynəlxalq Əmək Təşkilatının (BƏT)hesablamalarına görə, 2016-cı ildə həftədə ən az 55 saat işlədiyinə görə 398 000 insan insultdan və 347 000 nəfər ürək xəstəliklərindən ölüb.

2000-2016-cı illər arasında uzun iş saatları ilə bağlı meydana gələn ürək xəstəliklərindən ölənlərin sayı 42%, insultdan ölənlərin sayı isə 19% artıb.

Aparılan tədqiqata görə, həftədə 55 saat və daha çox müddət işləmək, həftədə 35-40 saat işləməklə müqayisədə, infarkt riskini təxminən 35%, ürəyin işemik xəstəliyindən ölmə riskini17% artırır.

“Həftədə 55 saat və ya daha çox işləmək sağlamlığa çox ciddi təhlükədir. Bu istiqamətdə daha çox fəaliyyətin təşviq edilməsi, işçilərin daha çox qorunmasını istəyirik”, - deyə ÜST-ün Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Maria Neira deyib.

ÜST-ün baş direktoru Adhanom Qebreyesus isə bildirib ki,COVID-19 pandemiyası bir çox insanın iş tərzini əhəmiyyətli dərəcədə dəyişdirib: “Virtual işləmək bir çox sənaye sahəsində normaya çevrilib, ev və iş həyatı arasındakı sərhədlər pozulub. Heç bir iş insult və ya ürək xəstəliyi riskinə dəyməz. İşçilər, hökumətlər, işəgötürənlər işçilərin sağlamlığını qorumaq üçün məhdudiyyətlərlə bağlı razılığa gəlmək üçün birlikdə çalışmalıdır”.

Onun sözlərinə görə, pandemiya iş saatlarının artmasına yönələn tendensiyanı sürətləndirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar