Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST-ün missiyası Azərbaycanda səfərdədir

Azərbaycana COVID-19-a qarşı mübarizədə dəstək göstərmək məqsədi ilə ÜST-ün missiyası ölkədə səfərdədir. Səfər 21 iyul – 2 avqust tarixi üçün planlaşdırılıb.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, missiyanın məqsədi ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi, COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dəstək göstərilməsi, risk kommunikasiyası və icmalarla iş sahəsində boşluqların müəyyənləşdirilməsi və sözügedən məsələlərə dair müvafiq tövsiyələrin verilməsidir.

Missiya çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla görüşlərin keçirilməsi, o cümlədən Bakı ilə yanaşı Şamaxı və Gəncə şəhərlərində epidemioloji qiymətləndirmə aparılması planlaşdırılır.

Missiyada ÜST-nin ekspertləri David Novillo Ortiz, Şahin Hüseynov, Elsa Mariya Neqro Kalduç, Anna Borşevska və Cetri Reqmi təmsil olunurlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində isə bildirib ki, görüşdə Azərbaycanda koronavirusla bağlı cari vəziyyət, mübarizə istiqamətində görülən tədbirlər, koronaviruslu xəstələrin erkən aşkarlanması və laborator müayinəsi, xəstələrin izolyasiyası, elektron informasiya sistemində məlumatların toplanması və təhlili, xəstə və təmasların qeydiyyatı və nəzarət alqoritmləri, risk kommunikasiyası və s. məsələlər müzakirə edilib. ÜST ekspertlərinin mübarizə strategiyası ilə bağlı tövsiyələri dinlənilib.

Qeyd edək ki, ÜST ölkə və regional ofisləri vasitəsilə, həmçinin ölkədəki beynəlxalq ekspert və tərəfdaşları cəlb etməklə Azərbaycana dəstəyini davam etdirəcək.

pia.az


Etiket: ÜST


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar