Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: “Buster doza “Omikron” ştamına qarşı müdafiəni gücləndirir”

“Omikron” ştamından qorunmaq üçün əsas diqqəti infeksiyanın ötürülməsinin qarşısını almağa və vaksinləmənin əhatə dairəsinin genişləndirməyə yönəltmək lazımdır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O deyib ki, “Omikron” ştamının xəstəlik dövrü “Delta” ştamına nisbətən daha yüngül keçsə də, xüsusən də peyvənd olunmamış şəxslər üçün bu ştam da təhlükəlidir. ÜST nümayəndəsi qeyd edib ki, vaksinin “Omikron” ştamına qarşı effektiv olduğunu göstərən daha çox sübutlar ortaya çıxır.

“Görünür ki, buster dozanın olması müdafiəni gücləndirir. Vaksinlər əvvəlki kimi insanların ciddi xəstəliklərə, xəstəxanaya yerləşdirilməsinə və ölməsinə qarşı yüksək effektivliyə malik olmaqda davam edir”,- o əlavə edib.

Onun sözlərinə görə, məqsəd 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etmək olmalıdır: “Riskə qarşı daha həssas kateqoriyalardan başlamaqla, əhalini peyvəndləməklə pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. "Omikron” ştamı “Delta” ştamına nisbətən daha sürətlə yayılır. Hətta peyvənd olunmuş və ya koronavirus xəstəliyini keçirmiş şəxslər arasında da infeksiyanın ötürülməsi halları baş verib”.

ÜST-ün rəsmi nümayəndəsi deyib ki, yoluxma hallarının artması xəstəxanaya yerləşdirilmə hallarının artmasına səbəb olacaq, bu isə səhiyyə sisteminin həddən artıq yüklənməsinə və xüsusən də əhalinin həssas qrupları arasında ölüm hallarının artmasına gətirib çıxara bilər: “Xəstəliyin ağırlına gəlincə, “Omikron” ştamının daha çox narahatlıq doğuran digər ştamlarla müqayisədə nisbətən yüngül olduğunu göstərən sübutlar ortaya çıxır. Faktlar göstərir ki, “Omikron”a yoluxma zamanı xəstəxanaya yerləşdirilmə riski “Delta”ya yoluxma ilə müqayisədə daha aşağıdır. Xəstəliyin ağırlığı yaşa görə və digər xəstəliklərin olmasına əsasən dəyişir. Bu həm də peyvənd olunmamış şəxslərə aiddir”.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar