Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir.

PİA.az ÜST-ün Azərbaycan Nümayəndəliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə ÜST-ün birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində TƏBİB-in təklifi və dəstəyi ilə xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi həyata keçirilib. COVID-19 pandemiyası xəstəxanalarda oksigen təchizatı və istifadəsinin vacibliyini bir daha önə çıxarıb. Ağır və kritik COVID-19 hallarının effektiv müalicəsi üçün xəstəxanaların oksigenlə optimal təchizatı, reanimasiya şöbələrində oksigen infrastrukturunun yaradılması və tibb işçilərinin oksigen müalicəsi üzrə bilik və bacarıqlarının olması olduqca vacibdir.

16-20 may tarixlərində Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin missiyası həyata keçirilir. Missiyada ÜST-nin biotibbi eksperti Dr. Ulian Rotari tərəfindən seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, ÜST-nin məsləhətçisi Dr. Pervin Korkmaz Ekren tərəfindən isə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilir. Missiyanın ümumi koordinasiyası ÜST-nin xəstəliklərin idarəolunması üzrə eksperti Cennifer Kollins tərəfindən həyata keçirilir. Ehtiyaclar müəyyənləşdirildikdən sonra TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanmasının müzakirəsi planlaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar