Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ürəyin işinə mənfi təsir edən vərdişlər

Balanslı pəhriz və nizamlı məşqlər ürəyin sağlam olması üçün vacibdir. Bununla birlikdə, bəzi vərdişlər var ki, onlar ürəyin işinə mənfi təsir edir.

Bu gündəlik vərdişlərdən xilas olmaq qaçılmaz görünür, ancaq sözün əsl mənasında ciddi fəsadları ortaya çıxa bilər.

Passiv həyat tərzi

Kompüter masasının başında, ofisdə monoton iş, evdə oxşar şəraitdə işləmək - təəssüf ki, bütün bunlar müasir həyat tərzinin reallıqlarıdır. Bəzən gərgin iş günündən sonra güc qalmır. Tədqiqatın nəticələri məyus edir: oturaq həyat tərzi ürək çatışmazlığı riskini ikiqat artırır.

Qalxın və hər saat ən az beş dəqiqə gəzin. Bu sadə texnika qan axınını normallaşdıracaq və damarların elastik qalmasını təmin edəcək.

Stress

Gərgin vəziyyətlərdə və stress vaxtı bədəndə adrenalin ifraz olunur, nəbz sürətlənir və bəzən qan təzyiqi yüksəlir. Təəccüblü deyil ki, bir çox xəstəliyin kökündə stress dayanır. Zamanla bu vəziyyət infarkt və insult riskini artıra, həmçinin ürək damarlarına zərər verə bilər.

Duzlu qidalar

Həddindən artıq natrium ürək xəstəlikləri üçün risk faktoru olan təzyiqi artırır. Bir çox qidalarda həddindən artıq miqdarda duz var və bu, ilk baxışdan həmişə aydın olmur. Konservləşdirilmiş tərəvəz və şorbalar, müxtəlif dondurulmuş yeməklər daha çox duz ehtiva edir.

Yuxusuzluq

Ürək bütün günü işləyir, yuxusuzluq isə ürək-damar sisteminin özünü bərpa etməsinə mane olur. Yuxunun birinci mərhələsində ürək döyüntüsü və qan təzyiqi aşağı düşür, ikinci fazada yenidən yüksəlir və düşür. Kifayət qədər yatmadıqda kortizol və adrenalin səviyyəsi bədəndə həmişə yüksək olacaq. Yetkinlərə gündə 7-8 saat, yeniyetmələrə isə 9-10 saat yatmaq tövsiyə olunur. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - Məhkəmə

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir?

“Əli Əkbər Vilayətidən soruşdum: niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik...”

Eldar Həsənov məhkəmədə huşunu itirdi: “Onu xərəyə qoyub apardılar”

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Milli Məclisin oliqarx deputatları: “TOP-10″da kimlər var?

Şeyxin deputat qardaşı sürücüsünü cəzalandırdı: “Facebook”a görə - Foto

İmmunitet gücləndirən vitaminlər - Payızda qəbul etməlisiz

Ən çox oxunanalar