Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ümid” partiyasının ümidləri Avropa İnsan Haqları Məhkəməsində doğrulmadı?

Avropa Məhkəməsində Azərbaycan dövlətinə qarşı iddia qaldıran İqbal Ağzadə ərizəsini niyə geri götürüb?..

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 13-də Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə 6 yekun qərar və qərardadlarını elan edib. Ərizəçilərə ümumilikdə 126 min avrodan artıq təzminat ödənilməlidir.

Ərizəçilərin hamısının iddiası təmin edilsə də, işinə baxılmayan yegan ərizəçi “Ümid” Partiyasının sədri, keçmiş deputat İqbal Ağzadə olub. Cənab Ağazadə 2015-ci ildə keçirilmiş seçkilərdə qələbə qazandığını iddia edirmiş. Hafzəli müşahidəçinin yadındadırsa, həmin seçkilərdən sonra İqbal Ağazadə və tərəfdarları nəticələrin saxtalaşdırıldığını, seçkilərdə “Ümid” sədrinin qalib gəldiyi barədə açıqlmalarla çıxış etmişdi. Lakin sən demə, ixtisasca hüquqşünas olan partiya sədri yerli məhkəmələrin qərarından Avropa Məhkəməsinə şikayət edib, lakin sonradan nə baş veribsə, ərizəsini geri götürüb.

Turan İA-nın aihmaz.org-a istinadən verdiyi məlumata görə, İqbal Ağazadənin Azərbaycana qarşı şikayəti ərizəçi AİHM-dən şikayətini geri götürdüyü üçün baxılacaq işlərin siyahısından çıxarılıb.

Azərbaycanda 2015-ci ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olan bu işdə ərizəçi Ümid Partiyasının sədri İqbal Ağazadədir. Şikayətin detallarına görə, 2015-ci ildə seçkinin sonunda ərizəçinin müşahidəçilərinə yalnız 22 seçki komissiyası üzrə protokolların surəti təqdim edilib. Ərizəçi iddia edir ki, əlində olan protokollara və digər məntəqələrdəki müşahidəçilərin ifadələrinə görə, seçkidə ən çox səsi o, toplayıb. Ancaq rəsmi açıqlanmış nəticələrə görə, ərizəçi 6710 səs alaraq 2-ci olub. Səslərin yenidən sayılması üçün müraciətləri rədd edilmiş ərizəçinin şikayətlərini yerli məhkəmələr əsassız hesab edib. O iddia edib ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi daxil olmaqla, çeşidli seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmaları zamanı onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi (Seçki hüququ) və Konvensiyanın 13-cü maddəsi (Səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.

Bəs görəsən, İqbal bəyi qərarını dəyişməyə sövq edən kim, yaxud nə olub? Bu barədə İqbal bəyə sual ünvanladıq….

İqbal Ağazadə: “Mən bu işi heç bir hüquqi əsası olmadan, sadəcə olaraq kompensasiya ödənilməsi üçün şikayət verməmişdim”.

Avropa İnsan Haqları Məhkəməsinin hüquqi nəticəsinin altı ildən sonra məlum olduğunu deyən partiya sədri PİA.az-a açıqlamasında qeyd edib ki, belə hüquqi nəticə olmur:

“Mən bu işi heç bir hüquqi əsası olmadan, sadəcə olaraq kompensasiya ödənilməsi üçün şikayət verməmişdim. Avropa İnsan Haqları Məhkəməsinin hüquqi nəticəsi altı ildən sonra məlum olur. Məlur olur ki, mənə beş manat pul verəcəklər. Bu nədir? Belə hüquqi nəticə olmur.

Düşünürəm ki, bu problemlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin daha ciddi nəticələri olmalıdır”.

Qeyd: Belə görünür ki, İqbal Ağazadə AHİM-in onun mandatını bərpa etməməsindən şikayətçidir. Cənab Ağazadə bir siyasətçi və hüquqşünas kimi bilməliydi ki, Avropa İnsan Haqları Məhkəməsi bütün hallarda ona deputat mandatı verə bilməz. Sadəcə AHİM İqbal Ağazadənin pozulmuş hüquqlarını təsdiqləyib ona dəyən maddi və mənəvi ziyanın kompensasiya olunması ilə bağlı qərar qəbul edə bilərdi ki, hüquqi nəticə də elə budur. Bu halda isə bizim sualımız yenə də havadan asılı qalır: Avropa Məhkəməsində Azərbaycan dövlətinə qarşı iddia qaldıran İqbal Ağzadə ərizəsini niyə geri çəkib?..

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar