Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynaya görə Türkiyə və Rusiya arasında yaranan gərginlik... - Rusiya niyə bu qədər narahatdır?

Rusiya Türkiyənin Ukraynaya verəcəyi pilotsuz təyyarələrindən çoxmu çəkinir?..

Politoloq: “Türkiyə pilotsuz aparatların Ukraynaya verilməsini beynəlxalq qanunvericiliyin tələbinə uyğun həyata keçirir. Rusiya da dünyanın bir çox ölkələrinə, o cümlədən Türkiyəyə düşmən olan ölkələrə çoxlu dağıdıcı silahlar satır”.

Rusiya Baş nazirin müavini Yuri Borisovin Türkiyənin Ukraynaya pilotsuz təyyarələr verəcəyi barədə dediyi məsələyə Türkiyənin rəsmi mövqeyi bəllidir. Türkiyə rəsmiləri ən yüksək səviyyədə dəfələrlə buna münasibət bildiriblər ki, Türkiyə dünyada mövcud olan beynəlxalq hüququn bütün prinsiplərnə uyğun olaraq istənilən dövlətə qanunla qadağan edilməyən silahların satılmasını həyata keçirəcək”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ukraynaya görə yaşanan Türkiyə-Rusiya gərginliyini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Baş nazirin müavini Yuri Borisov bildirib ki, Türkiyənin Ukraynaya pilotsuz təyyarələr tədarük edəcəyi təqdirdə, Rusiya bunu nəzərə alaraq Ankara ilə hərbi-texniki əməkdaşlıq perspektivini nəzərdən keçirəcək. Qeyd edək ki, bu açıqlama Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən həmən sonra verilib və əslində Rusiya hökümət rəsmisinin dilindən səslənən xəbərdarlıq və təhdid kimi görünməkdədir.

Bəs Ukraynanın şərqində yaşanan gərginliklə bağlı Rusiya-Türkiyə münasibətlərində qırılmalar yaşana bilərmi və bu mesaj Rusiyanın Türkiyənin Ukraynaya pilotsuz təyyarələrindən çox çəkindiyi anlamına gəlirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Rusiya Türkiyənin Ukraynaya pilotsuz aparatlar verməsindən ciddi narahatdır”.

Artıq yeni dövrə aid olan bu silahların hansı imkanlara, hansı bacarıqlara malik olması ikinci Qarabağ müharibəsində özünü sübut etdiyini xatırladan politoloq PİA.az-a bildirib ki, buna görə də Rusiya bu silahların Ukraynaya verilməsindən ciddi narahatdır. Cünki Rusiyasın və tanınmamış respublikaların bu silahlara görə böyük fiziki və texniki itkiləri neydana gələ bilər:

Rusiya ilə Türkiyə arasında son zamanlar, xüsusilə də son günlər Ukrayna məsələsi ilə bağlı vəziyyətin gərginləşməsi göz önündədir. Əslində Türkiyə və Rusiya arasında vəziyyətin uzun zaman normal qalmasına qarşı çıxan bir sıra dünya dövlətləri var. Bu onların maraqlarına uyğundur. Xüsusilə ABŞ-ın hərbi gəmilərini Qara dənizdən keçirməsi ilə bağlı Türkiyədən razılıq almasından sonra gəmiləri geri qaytarmaq məqamını qeyd etmək olar. Bu bir daha onu sübut edir ki, Qərb ölkələri xüsusilə ABŞNATO ölkələri Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasına qarşıdırlar.

Təbii ki, bu vəziyyəti Türkiyənin və Rusiyanın dövlət başçıları, dövlət rəsmiləri bilirlər. Hər bir halda hər bir dövlətin beynəlxalq arenada özünün maraqları və mənafeləri var. Bu maraqlar və mənafelər qırmızı xəttlə çərçivələnir. Onlara toxunulmasın yol verilmir. Bu gün Qara dənizdə Türkiyənin Ukrayna ilə bağlı ciddi maraqları var. Həmçinin də Türkiyə Ukraynanın ərazi bütövlüyü ilə bağlı daimi özünü rəsmi mövqeyini ortaya qoyub.

Rusiya Baş nazirin müavini Yuri Borisovin Türkiyənin Ukraynaya pilotsuz təyyarələr verəcəyi barədə dediyi məsələyə Türkiyənin rəsmi mövqeyi bəllidir. Türkiyə rəsmiləri ən yüksək səviyyədə dəfələrlə buna münasibət bildiriblər ki, Türkiyə dünyada mövcud olan beynəlxalq hüququn bütün prinsiplərnə uyğun olaraq istənilən dövlətə qanunla qadağan edilməyən silahların satılmasını həyata keçirəcək. Hətta Türkiyə Rusiyanın bu cür silahlara ehtiyacı yarandığı halda Rusiya ilə də bu barədə danışıqlara getmələrini istisna etməyib.

Xəyal Bəşirov: “Rusiya bu cür məqamlarda beynəlxalq hüququn prinsiplərinə zidd addımlar atır. Qeyd edim ki, “İsgəndər M” raketlərinin Azərbaycan ərazisinə atılması ilə bağlı Azərbaycanın rəsmi sualına Rusiya tərəfindən hələ də rəsmi dolğun cavab verilməyib”.

Rusiya hilotsuz uçuş aparatlarnın Ukraynaya verilməsindən ciddi narahatdır. Cünki Rusiyasın və tanınmamış respublikaların bu silahlara görə böyük fiziki və texniki itkiləri neydana gələ bilər. Təbi ki, bu Rusiyanın maraqlarına ziddir. Artıq yeni dövrə aid olan bu silahların hansı imkanlara, hansı bacarıqlara malik olması ikinci Qarabağ müharibəsində özünü sübut etdi. Buna görə də Rusiya bu silahların Donbasda tətbiqü olunmasından ciddi narahatdır. Ukraynanın silah arsenalına bu cür silahlar daxil olacaqsa, Rusiya-Ukrayna toqquşmasında həmin silahların hansı nəticələrə gətirib çıxaracağını Rusiya yaxşı bilir.

Hər bir halda Türkiyə pilotsuz aparatların Ukraynaya verilməsini beynəlxalq qanunvericiliyin tələbinə uyğun həyata keçirir. Rusiya da dünyanın bir çox ölkələrinə, o cümlədən Türkiyəyə düşmən olan ölkələrə çoxlu dağıdıcı silahlar satır. Türkiyə buna görə Rusiyaya etirazını bu şəkildə dilə gətirmir ki? Buna görə də Rusiya bu məsələdə Türkiyəyə qarşı hər hansı bir irad, hər hansı iddia irəli sürə bilməz.

O da nəzərə alınmalıdır ki, Rusiya bu cür məqamlarda beynəlxalq hüququn prinsiplərinə zidd addımlar atır. Qeyd edim ki, “İsgəndər M” raketlərinin Azərbaycan ərazisinə atılması ilə bağlı Azərbaycanın rəsmi sualına Rusiya tərəfindən hələ də rəsmi dolğun cavab verilməyib.

Düşünürəm ki, Ukrayna məsələsinə görə kəskinləşən Rusiya-Türkiyə münasibətləri iki ölkə arasında münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxarmayacaq. Çünki zamanında bir sıra dövlətlər və münaqişələrlə bağlı Rusiya-Türkiyə arasında ciddi toqquşmalar olub. Hətta Liviyada, Suriyada, bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Cənubi Qafqazda belə iki ölkə arasında müəyyən toqquşmalar olsa belə, yekunda dövlətlər rəsmi səviyyədə razılığa gəliblər.

Xəyal Bəşirov: “Türkiyə və Rusiya Ukrayna məsələsində də müəyyən razılığa gələ bilərlər”.

Bildiyimiz kimi Türkiyənin sərhəddini pozduğuna görə Rusiyanın təyyarəsi vuruldu, Rusiya səfirinin Türkiyədə həyatına qəsd edildi, İdlibdə Rusiya tərəfindən Türkiyə hərbiçilərinin bombalanması ehtimalı var idi. Bütün bunlardan sonra tərəflərdən arasında münasibətlər müəyyən zamandan sonra normallaşdı. Buna görə deyə bilərik ki, Türkiyə və Rusiya Ukrayna məsələsində də müəyyən razılığa gələ bilərlər.

Təbii ki, Ukrayna və Rusiya arasındakı münaqişənin baş vermə ssenarisi Türkiyədən asılı deyil. Sadəcə olaraq Türkiyə müəyyən məqamlarda öz mövqeyini ortaya qoyur. Müstəqil siyasət yürüdən Türkiyənin özünün hər bir məsələyə rəsmi mövqeyi var. Türkiyə istənilən dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağı özünə borc bilir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar