Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın ucuz taxılı Avropanın probleminə çevrilib

Bir sıra Aİ ölkələri Ukraynadan ucuz taxıl tədarükünü məhdudlaşdırmağı tələb edib…

PİA.az xarici mətbuata istinadən bildiri ki, bu barədə məlumat Avropa Şurasının saytında yerləşdirilib.

Məlumatda görə, Avropa ölkələrinin fermerləri şikayətlənirlər ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının tədarükünün artması aqrar sektorda istehsalçılar üçün problemlər yaradır. Avropa fermerləri taxıllarını sata bilmədiklərini və anbarlarda yığılıb qaldığını bildiriblər. Qeyd edilir ki, Ukraynadan Avropaya taxıl idxalının məhdudlaşdırılması ilə bağlı Avropa Komissiyasına Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan, Çexiya və Slovakiya nümayəndələri müraciət ediblər.

Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Naziri Henrik Kovalçik yuxarıda qeyd olunan ölkələrin bu məsələ ilə bağlı mövqeyini təmsil edərək, Ukrayna ilə qonşu olan ölkələrin anbarlarının taxılla dolu olduğundan Avropa Komissiyasını Qərbi Avropa və Afrikaya tranzitin optimallaşdırılmasına kömək etməyə çağırıb.

“Mən bu ölkələr adından Ukrayna ilə qonşu olan ölkələrin aqrarlarının üzləşdiyi problemləri, Qərbi Avropa ölkələrinə, Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan taxılın marketinqi ilə bağlı problemləri təqdim etdim. Avropalı fermerlər taxıllarını sata bilmirlər və anbarlar taxılla doludur”, deyə Polşalı nazir bildirib.

Qeyde dək ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Vahit Kiriş daha əvvəl bildirmişdi ki, taxıl müqaviləsi çərçivəsində ərzaq məhsullarının kiçik bir hissəsi Ukrayna limanlarından ən yoxsul ölkələrə çatdırılıb. Nazir qeyd edib ki, “taxıl dəhlizi”ndən ümumilikdə 17 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib və bunun yalnız 5,4 faizi ehtiyacı olan dövlətlərə göndərilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar