Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın NATO xəyalı puç oldu...

G7 və NATO zirvələrində axtardığını tapa bilməyən ABŞ onun sözünə baxmayan Avropada bir xaos strategiyası izləyə bilər...

Ali Rıza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 21 iyun 2021-ci il

Ukrayna prezidenti Vladimir Zelenski 14 iyun 2021-ci il tarixində Brüsseldə keçirilən NATO sammitində Ukraynanın NATO-ya üzv olma prosesinə başlayacağını elan etmişdi. Lakin gözlənilən kimi olmadı. Zelenskinin ümidi ABŞ prezidenti Baydenə idi. Ancaq ABŞ ilə NATO üzvü olan Avropa ölkələri arasında Ukrayna ilə bağlı fikir ayrılıqları var. Hər şeydən əvvəl Fransa və Almaniya Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxır.

Fransanın dövlət siyasəti

Keçmiş ABŞ prezidenti Corc Buşun Ukrayna və Gürcüstanın NATO üzvlüyünə müsbət yanaşdığı 2008-ci il NATO Buxarest sammitindən bəri Fransa hər iki ölkənin, xüsusən də Ukraynanın üzvlüyünə qarşı çıxır. Avropa Parlamentinin üzvü Marin Le Pen və Milli Birlik partiyasının üzvü Tierri Mariani “Sputnik”ə Fransanın mövqeyini açıq şəkildə dilə gətirib: “Fransa hər zaman kimin prezidenti olmasından asılı olmayaraq, Ukraynanın NATO-ya daxil olmasına qarşı olduğunu söyləyib. Ümid edirəm ki, bu siyasət dəyişməyəcək, çünki belə bir proses bu bölgədə gərginliyin artmasına səbəb ola biləcək açıq bir düşmənçilik hərəkəti olacaq. Bu, Rusiyaya qarşı bir təxribatdır”.

AvropaRusiya arasındakı saatlı bomba

Suriyada Rusiyanın və digər Avrasiya qüvvələrinin dəstəyi ilə Bəşər Əsəd rəhbərliyinin müqavimətini qıra bilməyən ABŞ Avropa ilə Rusiya arasında saatlı bomba yerləşdirdi. Bu bomba Avropanın Avrasiyaya açılan qapısı olan Ukrayna idi. Sovet İttifaqının dağılması ilə ABŞ 90-cı illərin sonlarından bəri Şərqi Avropa ölkələrini bir-bir NATO-ya daxil edirdi. Ukrayna isə bu ölkələrdən kənarda qaldı. Mövzu Rusiyanın qırmızı xətti və müharibənin səbəbi ilə bağlı idi. ABŞ-ın Ukraynada neo-nasistləri hakimiyyətə gətirməsi, şərqdəki rusiyapərəst qüvvələrin silahlı hərəkətə keçməsi, ayrılması və Rusiyanın Krımı muxtar bölgə kimi özünə birləşdirməsi Avropada müharibə zənglərinin çalınmasına səbəb oldu.

De Qollun Avropa

Hakimiyyətdə olduğu müddətdə ABŞ-a qarşı soyuq bir xətt izləyən Şarl de Qoll Avropa layihəsini belə izah edirdi: “Avropanın fransızlar və almanlar arasında qurulmalı olduğunu düşünürəm. Daha sonra da bütün AvropaRusiya ilə birlikdə qurmaq üçün Rusiyaya müraciət edə bilərik. Bunu sınamalıyıq. Əsl Avropa proqramım budur”.

De Qoll xəttinin son təmsilçisi olan Jak Şirak da Rusiya ilə dostluğun tərəfdarı idi. Şirak 2003-cü ildə ABŞ-ın İraqa hücumuna qarşı Rusiya və Almaniya ilə birlikdə hərəkət etmişdi. Fransa, Almaniya və Rusiya ittifaqını ABŞ-İngiltərə ittifaqına qarşı müdafiə edirdi. O zaman bir Paris-Berlin-Moskva oxu meydana gəlmişdi. Bu ittifaqın aktyorları da Şirak, Şreder və Putin idi.

Fransanın Ukrayna təşəbbüsü

Fransa və Almaniyanın Avropanın mərkəzində müharibə istəməməsi bir tərəfə, hər iki ölkə Rusiya ilə münasibətlərin dialoq yoluyla həll olunmasının tərəfdarı idi. 2014-cü ilin fevral ayında Ukraynadakı faşist çevrilişindən sonra, həmin il iyun ayında Fransada təşkil edilən və Putinin dəvət olunduğu “Normandiya dördlüyü”nın 70-ci ildönümündə Fransanın təşəbbüsü ilə Almaniya, Rusiya və Ukraynanın iştirak etdiyi “Normand dördlüyü” olaraq bilinən proses başladıldı. ABŞ isə bu vəziyyətdən qətiyyən razı deyildi.

ABŞ Ukrayna böhranında AB ölkələrini öz tərəfində saxlamağa çalışırdı. AB ölkələrinin tərəddüdlərindən sonra Putin 1 dekabr 2014-cü ildə Türkiyəyə səfər etdi və “Cənub axını” layihəsinin ləğv edildiyini, yəni Rusiya qazının Bolqarıstandan deyil, Türkiyədən keçərək Avropaya nəql ediləcəyini elan etməsi Avropa Birliyini təşvişə saldı. Bundan sonra 6 dekabrda Fransa prezidenti Fransua Holland Almaniya kansleri Merkelə məlumat verib və Qazaxıstan səfərindən qayıdarkən Moskvanın Vnukovo-2 hava limanında Rusiya prezidenti Vladimir Putinlə “sürpriz” bir görüş həyata keçirdi. Əlbəttə ki, Putin-Holland görüşünün əsas mövzusu Ukrayna idi. Holland Putinə Fransanın Ukraynanın NATO üzvlüyünə qarşı olduğu mesajını vermişdi.

ABŞ Fransaya göz dağı verdi

ABŞ üçün Fransa ana xəttdən çıxmağa başlamışdı. 7 yanvar 2015-ci il tarixində fransız satirik jurnalı “Charlie Hebdo”ya qanlı hücum edildi. Hücumun tipik bir qladio aktı olduğu və ABŞ-ın Fransanı qorxutduğu şərh edildi.

Yuxarıda qeyd etdiyim kimi, Fransanı yenidən NATO-nun hərbi qanadına gətirən Nikolas Sarkozi, daha sonra Holland, bu gün isə Makron Rusiya ilə münasibətlərin pisləşməsini istəmir. Bəlkə də, bu üç Atlantikçi liderlə ABŞ arasındakı ən ciddi fərq budur. Fransa yol ayrıcındadır. Ya Atlantikin dərin sularında çırpınacaq, ya da Avropanın ABŞ-a qarşı strateji müstəqilliyində həqiqətən səmimi olacaq.

Bayden də geri addım atdı

14 iyunda, NATO zirvəsinin keçirildiyi gündə Zelenski “Twitter” səhifəsində bunları yazdı: “NATO liderləri Ukraynanın İttifaqa üzv olacağını və MAP (Üzvlük Fəaliyyəti Planı) üzvlüyünün ayrılmaz bir hissəsi olduğunu təsdiqlədilər”.

Co Bayden bir neçə dəqiqə sonra Zelenskiyə cavab verərək Ukraynanın statusunun kriteriyalara cavab verməsindən asılı olduğunu və Ukraynanın MAP-a qoşulmaq üçün kriteriyalara cavab verməli olduğunu bildirərək, xüsusilə korrupsiyaya qarşı mübarizədə hələ görəcəyi çox iş olduğunu əlavə edib. Beləliklə də, Bayden Ukraynanın NATO üzvlüyü ertələndi.

G7 və NATO zirvələrində axtardığını tapa bilməyən ABŞ onun sözünə baxmayan Avropada bir xaos strategiyası izləyə bilər. Artıq bu strategiyanın Türkiyə qolunda əməliyyatlara başlayıblar. HDP-nin İzmirdəki binasına edilən hücum Türkiyədə xaos yaratmaq strategiyası çərçivəsində qiymətləndirilməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Ukrayna NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar